Sim-sim.az

“Mənəviyyat problemləri” ilə bağlı tədbir

kasanli

Azərbaycan Yaradıcılıq Fondunun nəzdindəki “İntellektual Klubu”n  növbəti tədbiri keçirilib.

 

Tədbir  mənəviyyat problemlərinə həsr edilib.  Gündəlikdə duran mövzu ilə əlaqədar  “İntellektual Klubu”n sədri, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Tahir Behbudov geniş məruzə ilə çıxış edib.

 

Müzakirədə çıxış edənlər; fəlsəfə elmləri doktoru Gülnarə Qurbanova, əməkdar incəsənət xadimi, professor Azər Dadaşov, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.