Sim-sim.az

Moskvada “Qarabağlı Hüseynalı bəy” romanının təqdimatı keçirilib

image-24-10-16-12-13

Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə çap edilmiş Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı bəy” romanının Moskva şəhərində təqdimat mərasimi keçirilib.

Tədbirin təşkilatçısı Azərbaycan ictimaiyyətinin rəhbəri İlqar Cəbrayılov təqdimat iştirakçılarına bu kitabın cənab prezident İlham Əliyevin elan etdiyi Multikulturalizm ili çərçivəsində çap olunması barədə geniş məlumat verilib. Görüşdə vurğulanıb ki, fond tərəfindən bu seriya üzrə kitabların çapı davam edəcək.

Daha sonra çıxış edən Hüseynalı bəyin nəvəsi Qarabağ qazisi Ədalət Zeynalov kitab barədə tədbir iştirakçılarına geniş məlumat verərək qarabağlı Hüseynalı bəyin keçdiyi şərəfli həyat yolundan söhbət açıb. Çıxış edən iştirakçılar müəllifin kitabının Azərbaycan ədəbiyyatına töhfə olduğunu, əsərdə maarifçiliyin, insanı qorumanın və həmrəyliyin təbliğinin çox yüksək səviyyədə təsvir olunduğunu qeyd edərək yazara uğurlar arzulayıblar.

“Xəzər” televiziyasının Moskva müxbiri Şəhriyar İmanbəyli kitabın gənclərin tariximizlə yaxından tanış olması sahəsində çox uğurlu vasitə olacağını bildirib. Sonda çıxış edən müəllif Rövşən Asifoğlu kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikası millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevə və AYF-yə təşəkkürünü bildirib.