Sim-sim.az

Muxtar Maniyev vəfat edib

muxtar

Xalq artisti Muxtar Maniyev vəfat edib.

 

Bu barədə APA-ya C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

 

Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva APA-ya bildirib ki, M. Maniyev dekabrın 22-də, səhərə yaxın dünyasını dəyişib: “Son vaxtlar çox zəifləmişdi. Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu dedi, ikicə dəqiqə keçmədi, qəfildən gözlərini yumdu. Nəşini Tərə Pir məscidinə aparıblar”.

 

Nəsibə Maniyeva  deyib ki, Maniyev Qala qəbiristanlığında dəfn olunacaq. O bildirib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək: “Təklif olundu ki, Fəxri xiyabanda dəfn edilsin, razı olmadıq. Vəsiyyət eləmişdi ki, atasının-anasının yanında torpağa tapşırılsın. Ona görə, Muxtarın vəsiyyətini yerinə yetirib Qala qəbiristanlığında dəfn edəcəyik”.  

 

 

Qeyd edək ki, M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb. O, Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən “Sönməyən ulduzlar” teatrının üzvü idi.