Sim-sim.az

“Nar bağı” Listapad beynəlxalq Kino Festivalndan iki mükafatla qayıtdı

 

Belorusiya paytaxtı Minskdə keçirilən 24-cü Listapad Beynəlxalq Kino festivalnın nəticələri açqlanıb. “Nar bağı “ filminiin ssenari  müəllifləri İlqar Nəcəf , Asif Rüstəmov və Jan Roelof  Minnebo “Ən yaxşı ssenari” mükafatının qalibi olublar.

Bundan başqa baş  rolun ifaçısı Qurban İsmaylov əsas jürinin diplomuna layiq görülüb.

Filmi Minskdə təmsil edən Əli İsa Cabbarov un bildiridiyinə görə filmin nümayişi anşlaqla və alqışlarla keçib. Film tamaşaçı reytinqi cədvəlində də bütün festival  boyu ilk beşlikdə olub. Festivalın proqram direktoru İgor Sukmanov İlqar Nəcəfin bu filmdəki stilini Nuri Bilgə  Ceylanla müqayisə edərək, “İlqar Nəcəfin rejissor kimi cəsarəti odur ki o Azərbaycan kinosu üçün xarakterik olan müsbət və həmişə  haqlı ata obrazını dağıda bilib. Müəlllif  bunu feminist baxışla yox məhz kişi baxışı ilə edib,  kişiləri yaratdığı dünyanın qeyri kamilliyinin parlaq rənglərlə göstərib.”

Əli İsa Cabbarov: Minskdəki  tamaşaçılarla görüş göstərdi ki,  “Nar bağı” təkcə ekspertlərinin bəyənəcəyi festival filmi olmaqla yanaşı həm də dinindən və dilindən asılı olmayaraq həssas tamaşaçlarn ürəyinə yol tapa  bilən təsirli bir filmdir. Nümayişdən sonra tamaşaçıların reaksiyasını görəndə buna bir daha əmin oldum.

(Visited 80 times, 1 visits today)