Sim-sim.az

Şəhla Ramazanqızı – Yaz bəhanədir…

Yaz bəhanədir…

 

Sənsiz gündüzlərin rəngi ağarıb,

Dilinə bir tikə vurmur, bilirsən?

Gecənin hirsindən qanı qaralıb,

Ay da öz yerində durmur, bilirsən.

 

Buludlar yığışıb sənsiz ağlayır,

Payız bəhanədir, yaz bəhanədir,

Yarpaq küsüb düşür, yer qucaqlayır,

Həsrət bəhanədir, naz bəhanədir.

 

Sənsiz, qar qönçəyə sığallar çəkir,

O da qüssəsindən ölür hər axşam.

Şəhla ürəyinə məhəbbət əkir,

Bilir bir ürəkdə yanır tənha şam.

 

Şəhla Ramazanqızı

 

(Visited 26 times, 1 visits today)