Sim-sim.az

Sabah “Qadın qolları dövrü”nün imza günüdür

qadin qollari

İyunun 10-u, saat 16-00-dan 18-00-dək Gənc Tamaşaçılar Teatrında gənc şair Hikmət Orhunun  "Qadın qolları dövrü" adlı şeirlər kitabının imza günü keçiriləcək.

 

Sim-sim.az-ın verdiyi xəbərə görə, bu müəllifin ilk kitabıdır. Kitab mərhum yazıçı Mövlud Mövludun xatirəsinə həsr olunub.

 

Maraqlananlar imza gününə dəvət olunur.

 

Xatırladaq ki, kitab Yaradıcılıq Fondunun Kitabxanası seriyasından çap olunub.