Sim-sim.az

Təqvimdə 18 noyabr

emin (1)

Emin Sabitoğlu

Xalq artisti, bəstəkar Emin Sabitoğlu 2000-ci ilin bu günü Bakıda dünyasını dəyişib.  Musiqi məktəbini bitirdikdən sonra konservatoriyaya daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konseravtoriyasına keçirilib. 1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində, sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazsa da bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir. O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

 

Eldar Ryazanov

Rusiya kinorejissoru, ssenarist Eldar Ryazanov 1927-ci ilin bu günü Samarada dünyaya gəlib. Eldar Ryazanov təsadüfən ÜDKİ-nin I kurs tələbəsi olub və o, məşhur Qriqori Kozinsevin emalatxanasında təcrübə keçib. Oradakı pedaqoqlar arasında həm də Ryazanova böyük ümidlər bəsləyən Sergey Eyzenşteyn var idi. 1950–ci ildə oranı bitirən Ryazanov kurs yoldaşı ilə birgə ilk sənədli filmini çəkir. Uğur qazanan bu filmdən sonra gənc rejissorlar diploma yiyələnir. Eldar Ryazanov düz 5 il sənədli kinoda çalışır və daha sonra müxtəlif kinojurnallar üçün kiçik kinosüjetlər çəkir. 1955-ci ildə o, "Mosfilm"in rejissoru olur, Sergey Qurovla birlikdə ilk sovet genişekranlı film-revyusunu çəkir. "Bahar səsləri" adlanan filmə eyni zamanda bədii epizodlar da daxil edilib. Eldar Ryazanovun ən uğurlu filmərindən biri  "Avtomobildən qorun”dur.  Sonrakı illərdə isə rejissor bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə”, "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmərini lentə alıb.

 

Kürçaylı