Sim-sim.az

Kosuke Okahara – “İnsan mənzərələri” Fotorubrikasında

Yapon əsilli Kosuke Okahara 1980-ci ildə anadan olub. Hal-hazırda Parisdə yaşayır.

Kosuke 2003-cü ildə  Kolumbiyaya gedib və ordakı sivilizasiyadan uzaq  əhalinin həyatını sənədləşdirməyə başlayıb. O, əsasən diqqətini “İbasyo” mövzusu (Yapon dilindən tərcümədə “insanların mövcud olduğu fiziki və  ruhi məkan) üzərində cəmləşdirib. Özünə qəsd eləyən yapon qızları ilə bağlı uzunmüddətli layihələrindən biri ona  2010-cu ildə “W.Eugene Smith” təqaüdünü qazandırdı. Bu cür qızları çəkməkdə məqsədi onların özlərini dəyərləndirməsinə yardım etmək idi. Layihə onun gözlədiyindən də uğurlu alındı və kitab halında çap olundu.

                                                                                                                                    Kosuke Okahara

Neçə illər narkotika müharibəsi, narkotika biznesi, miqrantların qanunsuz şəkildə ABŞ-a keçməsiylə bağlı Kolumbiyadan fotolar çəkib. Bundan başqa, Cənubi Afrikadan tutmuş Fransaya, Sudana, Burmaya, Çinə və Liviyaya qədər səyahət edib, çoxlu həyat hekayələrini fotoya alıb. Tailanddakı etirazlar  və Çindəki viran qalmış cüzamlı kəndlər də  portfoliosuna daxildi.

Ukraynanın şərq sahilləri və Dnestr Çayı arasında yerləşən yarım milyona yaxın əhalinin yaşadığı tanınmamış dövlət Transnistriada apardığı fotoreportajda  yavaş-yavaş yoxa çıxan xalqların  həyat tərzlərini fotoya alıb.  Keçmişlə indiki zaman arasında qalan bu yerdə çəkilən fotolarda insanlar,   sanki Yerdə mövcud olmayan bir ölkədə yaşayırlar.

Okahara  2012-ci ildə Yaponiyanın Fukusima ərazisində baş verən sunaminin bölgəyə təsirini fotoya alıb. İlk dəfə olaraq 4×5 ölçülərini tətbiq edən fotoqraf həmçinin Fukisimadakı nüvə zavodunun çöküşünü də sənədləşdirib.  Hal-hazırda Yaponiyanın şimal adası olan Okinava barədə uzunmüddətli layihə üzərində işləyir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(Visited 81 times, 1 visits today)