Sim-sim.az

AYF-nin kitabxanası seriyasından növbəti kitab

hikmet

Gənc şair Hikmət Orhunun “Qadın qolları dövrü” işıq üzü görüb.

 

Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından çıxan kitabda gənc şairin şeirləri toplanıb.

 

“Qadın qolları dövrü” müəllifin ilk şeirlər kitabıdır.

 

Kitabın redaktoru şair Bəxtiyar Hidayətdir.

 

İyunun 10-da, şənbə günü Gənc Tamaşaçılar Teatrının qarşısında kitabın təqdimatı keçiriləcək. Tədbir saat 16:00 -da başlayacaq, 18:00-a qədər davam edəcək.