Sim-sim.az

Ejen Qilvik – “Yarpaq gülə bilsəydi, çiçək olardı…”

guillevic1

Fransız modernist şairi Ejen Qilvik (Guillevic, 1907-1997) ixtisasca riyaziyyatçı və iqtisadçı olub.

Fransız Akademiyasının Qran-Pri mükafatını alıb.  Ərəb şairi Adonisin şeirlərini fransız dilinə çevirib.

 

Sim-sim.az Cavanşir Yusiflinin tərcüməsində Ejen Qilvikin şeirlərini təqdim edir.

 

 

VİTRAJ

 

Həmişə qorxub,

Titrəyib qorxudan

Açar

O qapıya düşməsin.

Ya da

Qıfılın içində sınsın… 

 

 

***

Görmüşdü bir dəfə

Fəvvarənin içində

Kölgəni içdiyini

Qurtum-qurtum,

Qaranəfəs…

 

 

***

Cökə ağacının məsələyə nə dəxli,

Sadəcə yarpaqlayır

Vəssalam.

 

 

GÜLÜŞ

 

Gülüş qorxdu,

Rastına heç kəs

Çıxmayınca..

 

***

Yarpaq gülə bilsəydi,

Çiçək olardı…

 

   

 

   

Tanışlar

 

Bu günə kimi

O ümidlə yaşadım ki,

Özüm olum.

Ümid gəldi, yetirdi özünü,

Gələcəyin qapısında

Ayaq döymək

Qaldı mənə

Sahillərini su basmış zamana nüfuz edincə

Əbədiyyət nə olacaq görəsən…

   

 

UCALIQLAR

 

Məkana

Yüsəkliyə etibar etdim

Orda yaxşıdı hər şey

Elə mən də

O qədər yaxşı ki

Yuxuda belə qorxmuram

Yıxılmaqdan

bəs yerin altı necə

bulaqlardan əvvəl yuxlamaq necə …