Sim-sim.az

Haykular – Sərraf Balaxan

0a01d8ff489a4ee8a41becf16488746e-438x292

Sim-sim.az  Sərraf Balaxanın haykularını təqdim edir.

 

Şəhər haykuları

 

Qaş qaralır 28-də.

Kirli göyərçin enir

Cəfərin çiynindən ağuşuna.

 

Rozmarin ətrli bağça.

Fəvvarədə vurnuxur

Xançinarın yarpağı.

 

Qaldırım. Xəzəl.

Qubernatorun ruhu çıxır

Filarmoniyanın bacalarından.

 

Adamlar gəlir.

Beşmərtəbələrin başı mansardlanır,

Papaxlanır Bakı.

 

İnsan sürtülür küçədə,

Bozarır. Bərq vurur,

Üzü gedir suyun şəlalədə.

 

 

Kənd haykuları

 

Çörək. Kişilik.

Atamın köynəyin geyib

Anam təndir salır.

 

Qış tez gəldi,

Çəkməmdə mürgü döyən,

Anac qurbağanı oyadırıq.

 

Pişiyimizi azdırırıq.

Süd qazanındakı

Siçanlar boğulur qəhərdən.

 

Kənd. Zaman ləngiyir.

İndi öldürdüyü daşı da

əqrəbindən asırıq saatımızın.

 

Günəş gülür,

Pıçıldaşır kollar –

Diş ağardır pambıq qozası.