Sim-sim.az

Qismət Avropa şairlər festivalında

 

 Xəbər verdiyimiz kimi, 2018-ci il may ayının 3-5 tarixləri arasında Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək “Avropa şairlər baharı” adlı poeziya festivalına şair Qismət Rüstəmov da dəvət alıb.

 

 

Sim-sim.az  xəbər verir ki, şair Qismət Rüstəmov  bu gün “Avropa şairlər baharı” poeziya festivalı çərçivəsində  Moldova  Dövlət Universitetinin Filologiya Fakultəsinin tələbələri ilə görüşdə iştirak edib.

Görüşdə Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu və alman şairə Katerina Aysvan da iştirak ediblər.

 

Qeyd edək ki, bu gün axşam  festival çərçivəsində “Avropalı şairlərdən şeirlər” adlı şeir gecəsi keçiriləcək və bu təbdirdə şair Qismət Rüstəmov da çıxış edəcək.

(Visited 50 times, 1 visits today)