Sim-sim.az

Rza Diqqəti – “İnsan mənzərələri” Fotorubrikasında

 

   "Dünya mənim diqqət mərkəzimdədir. Çəkdiklərim bəşəriyyətin şahidliyini edəcək."

 

 

Dünyanın ən tanınmış fotojurnalistlərindən olan Rza "National Geographic", "Newsweek", "Time" , "GEO" jurnalları üçün Orta və Uzaq Şərqin gözəlliyini, görünməyən tərəflərini əbədiləşdirib.

 

Rza 1952-ci ildə İranın Təbriz şəhərində anadan olub və Tehran Universitetinin memarlıq fakültəsini bitirib. 14 yaşında olarkən özü sərbəst şəkildə fotoqrafiyanın qaydalarını öyrənib. 1971-ci ildən 1978-ci ilə qədər kənd cəmiyyətinin və ana vətənindəki memarlıq nümunələrinin fotosunu çəkib.

 

İran inqilabı zamanı ölkədə baş verən hadisələri lentə köçürüb. "France-Press" və "Sipa Presse" agentlikləri bu fotoları işıqlandırıb və Rzayla əməkdaşlığa başlayıb.

 

İrandan hazırladığı fotoreportajlar "Newsweek"in diqqətini çəkir və 1978-ci ildən 1981-ci ilə qədər "Newsweek" üçün İrandan fotoreportajlar hazırlayır. 1989-cu ildən 1990-cı ilə qədər Birləşmiş Millətlərin Əfqanıstandakı humanitar proqramında konsultant kimi xidmət edir.

 

Rza ölkənin müharibə gedən ərazilərində insanlara ərzaq paylamağa kömək eləyirdi. Birləşmiş Millətlərin Əfqanıstandakı məsləhətçisi kimi xidmət edirdi. Bu cür humanitar yardımı səbəbindən və Əfqanıstanda AiNa ilə fəaliyyətinə görə 2006-cı ildə "National Geographic" onu National Geographicin Dostu elan etdi.

 

1996-cı ildə Rza UNİCEF-lə birgə “İtkin düşmüş Uşaqların Portretləri” adlı layihəyə verdiyi töhfələrə görə "Ümid" mükafatınının sahibi oldu. 2005-ci ildə isə icitmai və fərdi xidmətlərdə fərqləndiyinə "Chevalier de l'Ordre du Mérité" mükafatı ilə təltif olundu. Həmçinin, humanitar işlərinə görə Çikaqo Universitetindən də mükafat alıb.

 

Rzanın fotoları dünyanın əksər şəhərlərində nümayiş olunub. Fotojurnalistlik macəraları ilə dolu otuz ilini əks etdirən Müharibə+Sülh sərgisi 2009-cu ildə Fransanın Normandiya vilayətindəki Sülh Muzeyində keçirilmişdi. Onun fotolarından ibarət olan "Bir dünya, bir tayfa" sərgisi isə "National Geographic" muzeyinin Vaşinqtonda açıq havada keçirilən ilk sərgisi olmuşdu. Parisdə keçirilən sərgisində isə bir milyon nəfər iştirak etmişdi.

"National Geographic" televiziyasında dəfələrlə Rzanın işləri barədə filmlər çəkilib ki, bunların da ən yaddaqalanı 2002-ci ildə "Emmy" mükafatını qazanan "Ön Cəbhə Gündəlikləri"dir.

Hal-hazırda Siciliya sakinləri ilə yeni fotoqrafiya layihəsini planlayır, həmçinin "Burkina Faso"da böyük bir layihə üzərində işləyir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərcümə etdi: Günel Təhməzzadə

(Visited 187 times, 1 visits today)