Sim-sim.az

Rza Nuri – Röyalar sürgünü

 

Qəfildən quş atılıb uçan kimi, yuxudan atıldım. səhər ertədən otağa su dolmasında dənizin kələfi açılmasının müdaxiləsi olduğunu sezdim,sonrada balıqların qoxusu, sərhədləri aşan günəşin qızıl ətirfüşanlığının dadı, unutmaq, suda batmaq və unutmaq, sonsuza qədər unutqanlığa məruz qalmaq. düşündümki suda rənglərin dağılmasi sayaq xəyal rəqqasəsi toqquşma qaydalarına görə dalır,dağılır. yuxunun bir yanı gözü bağlı olduğu kimi,dəniz kənarın qum qapağı qapamış.insanlra elə gəlir dəniz dinlənib,kefini almaq üçün hansısa çılpaq gözəlçənin dalğalanan döşləridir,ancaq deməliyəm ki bu səhv anlayışdır.daimi təkrarlanan dalğa səsini hər dəfə bir sözcükə oxşatmağa çalışırsan və birdən o biri dalğa gəlir və birdə,birdə.dalğaların amansızcasına qayalara dəyməsilə havaya qalxan damlaların bəd heybət çöhrəsi bir an havada dayanıb , bir nəfər olaraq baxır sanki.

Çıraqlar yanıb sönərək mələşirdilər. Haçansa ovçuların ovu olmaqdan qorxaraq,tələm-tələsik evdən dışarıya qaçdı, qapıya əlini atıb çölə çıxan kimi ,dalğalar arxaya qanırmadan qalanırdi sahilin gövdəsinə. sahil yaxınlığında addımlayaraq yoxuya keçdi.

alatoranlıqda başıma gələn hadisələri anlamağa çalışırdım,o zaman divara asılmış tablodaki qadın yadıma düşüdü, tablolar həmişə nəfəslərini saxlayaraq boğulmaqdan boyun qaçırırlar,zaman ötdükcə qızarmağa başlayıb çürüyürlər, divara asılmış həmin tablodaki qadin həmişə günbatan çağı sahilə gəlir;dənizi və günəşi seyr edirdi.


onun əsməcələrlə,müdafiəsiz və həssas baxışlarla dənizi seyr etməsini arxadan izləyirdim, mənim diqqətimi çəkən nəsə var onda, gunəş qırmızı saçlarını​ astaca öpürdü və üfüqə aslanırdı baxışları ,ona yaxınlaşıb soruşdum
-üşüyürsənmi?
dik atılıb üzünü gizlədi. dodaqlarının titrək səsini eşidirdim.ona yazığım gəlirdi. zavallı qızcığaz.külək islaq bədəninin qabiğini söyürdü sanki,birdə mənə elə gəlirdi onunla köhnə tanışlariq.ona yaxınlaşıb pencəyimi üstünə atmaq istədim,başını çevridi,başi balığ başına dönmüşdü.
az qala gəbərmişdim,boğazımın və ağzımın soyu qoruyaraq səsimi batırırdı. ağarib-bozardi  hər yan.

Dənizin acı əti ilə dolmuş meyit evin ortasına çökmüşdü, bədənində ruhsuzluq rəngi şişməyə başlamışdı, uçmuş ev, qapı civildəməsi ilə nəfəs alırdı sanki, bütün otağı su almışdı, uzaqdan qarğa səsi gəlir və külək dənizi və zəmiliyi dərə-dərə tavanı yerindən çıxarırdı.

Sahili tərk etmək qərarına gəldim,bir neçə kilometr aralıda yerləşən kafeye doğru getməli idim, addımladım ya da ətraf mənim dövrümə sərgərdan gəzişirdi bilmirəm, utopiya Yunanlara "belə bir yer yoxdur" mənası verirmiş, şəhərdən-şəhərə küçəsi adamlar var, göllərdən-gölə küçəsi quşlar var deyə düşündüm. Addımıarım başimda dolanan dünyada öz yolunu itirmişdir. Günəş astaca səcdəyə əyləşməyə hazırlanır və bütün gündüzü tökədə-tökədə, sərgərdanlıqla qaraldıb, gecəyə yaxınlaşırdım.

saat 12 radəsində, bulvar uzun nəzərə gəlirdi. gecənin qara atı yorğa yerişlə sovuşurdu,astaca. bir neçə addım kafəyə qalmış "bəlkə yalqız qalmalıyam" deyə düşündüm, ay işiği bolutların mərmər torundan qotaran kimi şəhərin işiq vızıltısına ilişirdi. 

kafənin oturacaqlari gözləyən halda boş durmuşdular. yoxuya sürgün düşən sakitliyi ayaqlarımla pozdum, qapını açıb kimsəni gözləmək ifadəsin təzahür etməklə kafə sahabını qandırdırmağa çalışdım, bir neçə dəqiqə sonra qadin keçdi, oturacağı çəkib oturdu.
-iki qəhvə verin lötfən dedi
qadın əlimi totub susdu,sonra yenə danışmayıb qəhvəni içdik, kafə sahabının gözlərindən uzaq fincanı qoxulayıb gülümsədim,sonra hiss etdim çox səbirsizliklə qadını öpməliyəm,qadin məni görüb təcübləndi,fincani alıb qoxuladı və hansisa açılmayan qapının açarını tapan kimi gülümsəyib mənə döğru cumdu, dodağı dodağıma dəyən zaman qaranlıq,uzun,bitmək bilməyən  qoyuya düşdüm.kafə sahabı boylanib baxdi,qadın qəhvəni qoxulayıb nəisə yazırdı.

(Visited 30 times, 1 visits today)