Sim-sim.az

Deyvid Linç: “Dünya qəribə yerdir!”

davidlynch3-1

Sim-sim.az “50 möhtəşəm müsahibə” kitabından  görkəmli amerika rejissoru Deyvid Linçin müsahibəsini ixtisarla təqdim edir.

 

 

Klassik bir sualla başlayım, çəkdiyin filmlərdən ən çox hansını sevirsən?

“Bilmirəm. Deyəsən hamısına eyni məsafədəyəm, amma deyə bilərəm ki, ən uzaq olduğum filmim “Dyuna”-dır.

 

“Adi əhvalat” da xeyli marağa səbəb olan filmlərdəndir. Deyilənə görə bu filmdə “ekşn” səhnələri ilə məzələnmisən. Məsələn, Alvinin papağının uçduğu səhnə. Bu zarafatı əvvəldən nəzərdə tutmuşdun?

Əslində buna çox da zarafat demək olmaz, amma papağın uçması ən vacib hadisələrdən biri oldu. Sonra buludlara yüksəldi, buradakı məqsədim nə qədər yavaş uçduğunu göstərmək idi.

 

“Filmdəki ən linçvari səhnələr səsin kəsildiyi və uzaqdakı insanların nə dediklərini eşitmədiyimiz səhnələrdi. Bunu niyə belə etmisən?

Mən xəfif küləkli havada səslərin kəsik-kəsik eşidilməsini sevirəm. Bu, elə bil, üzücü bir vəziyyət yaradır. Ən azından mən belə hiss edirəm və bu hissi sevirəm. Gerçək həyatda da belə olmur ki?

 

“İnsanlar düşünürlər ki, sən öz qəribə dünyanda yaşayırsan. Bu barədə nə deyə bilərsən?”

Onsuz da dünya başdanbaşa qəribə yerdir! Məncə, hamının öz fərdi dünyasını yaratması normaldır. Əslində bizə aid olan bir dünya yoxdur. Buna görə də fərqli şeylərə açıq olmalıyıq. Bizə nəyin təsir edəcəyini biləmmərik. İçində olduğumuz vəziyyətə görə hərəkət etməliyik. Hər dəfə eyni şeyləri təkrar etmək qəribə olardı.

 

“Bleyr cadugəri” ilə “Silgi-baş” bir-birinə bənzədildi. Artıq insanları təəccübləndirə bilməmək məsələsində nə hiss edirsən?

Bu həmişə baş verən şeydir. Bir işi bitirəndə, ondan sonra gördüyün iş nə qədər zəhmətlə başa gəlsə də, bu, ikinci şeydir. Bunu dəyişdirmək mümkün deyil. Bütün kino tarixi boyunca davam iki tərəf var: hiss etdikləri şeyi etmək istəyənlər və pul qazanmaq istəyənlər. Bu ikisinin bir yerdə ola biləcəyi bir mühit yaradılsa, həm yaxşı işlər görülər, həm də milyonlar qazanılar.

 

“Bilirik ki, televizora çox da baxmırsan. Bunun əvəzinə nələr edirsən?”

Əslində arabir baxıram, o da qolf oyunlarına. Bundan başqa isə rəsm çəkirəm, musiqilə ilə məşğul oluram. Boş vaxtlarımda məşğul olduğum iki iş bunlardı.

 

“Bir dəfə şəklin “Taym” jurnalının üz qabığında çıxmışdır, elədir?”

“Bunun baş verməsində səbəbkar olmuşammı, bilmirəm, amma bu hadisədən sonra günlərim elə də parlaq keçmədi.”

 

“Bu hansı dövrə təsadüf edir?”

1991-1992-ci illər idi. “Vəhşi duyğular” və “Əkiz təpələr”lə məşğul olduğum dövr.

 

“Əkiz təpələr” də kult filmlərindən sayılır. Sən necə düşünürsən?

“Bəli, o filmi mən də sevirəm. Filmin dünyası xoşuma gəlir. Zatən maraqlandığım yeganə şey budur, axıb gedən dünyaya daxil ola bilmək.

 

 

Söhbətləşib: Nev Pierce.

Tərcümə etdi: Qismət