Sim-sim.az

“Gənc romançının etirafları” satışda…

eko

Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən görkəmli italyan filosof, yazıçı Umberto Ekonun “Gənc romançının etirafları” adlı mühazirələr toplusu artıq satışdadır.

 

Oxucular bu kitabı “Kitabal”, “Kitabevim.az”, “Zəka”, “Akademkitab”, “Prezident kitabxanası” kitab dükanlarından əldə edə bilər.

 

Qeyd edək ki, “Gənc romançının etirafları” Azad Məmmədovun və Nərminə Zərgərovanın tərcüməsində işıq üzü görüb. Tərcüməçilərə akademik Kamal Abdulla kömək göstərib və öz tövsiyələrini verib.

 

Kitab müəllifin ABŞ-ın Emori Universitetində oxuduğu mühazirələrindən ibarətdir. Bu mühazirələr XX əsrədəbiyyat nəzəriyyəçisi mərhum Riçard Elmanın (1918-1987) xatirəsinə həsr olunub. Kitab “Soldan sağa yazı”, “Müəllif, mətn və şərhçilər”, “Bədii surətlər haqqında bəzi qeydlər”, “Siyahılarım” adlı dörd fəsildən ibrətdir. Kitabın redaktoru Şaban Hüseynov və Sərraf Balaxandır.