Sim-sim.az

66 fotoda Kamal Abdulla

kamal

Bu gün akademik, yazıçı Kamal Abdullanın 66 yaşı tamam olur.

Sim-sim.az  bu münasibətlə Kamal Abdullanı təbrik edir və onun həyat yolunu əhatə edən 66 fotonu təqdim edir. 

 

Uşaqlıq illərim...  Hələ ki pillələrlə tanış oluram...

 
Məktəb illəri... Çox gözəl bir gün idi. Hələ də xatirimdədir.

 

Məktəb illərindən növbəti bir xatirə...
 
Bu da universitet illərimin şəkilidir. Orta məktəb yoldaşlarımla onlardan birinin bağında.

 

Cavanlıq... İnsan ömrünün hər çağı gözəldir.
 
Orta məktəb dostları.                              "Nə xoşbəxt imişəm bir zaman, Allah...".

 

1984-cü ildə Xarici Dillər Universitetində gənc alim kimi aspirantlarla mühazirəm.

 

Əziz elmi rəhbərim Ninel Zeynalovna Hacıyeva və görkəmli rus dilçisi, akademik Viktoriya Nikolayevna Yartseva ilə Bakı bulvarında.
 
Oljas Süleymenovla... Onu tanıtmağa ehtiyac yoxdur.
 
Onu kim unudar?! - Aydın Məmmədov...

 

Unudulmaz dostum Həsən Turabov və Timurçin Əfəndiyevlə. 1990. İstanbul. Türk dünyası araşdırmaları vəqfinin həyəti. Şəkli Turan hoca çəkib.
 
İran, Tehran şəhəri. Beqdelinin evində.

 

Anar və Fərhad Bədəlbəyli ilə...
 
Əziz müəllimim, ağsaqqalım Ağamusa Axundovla.

 

Azərbaycan Yazıçılar Birliyi, şair Ramiz Rövşənlə.
 
Roma "xərabəlikləri"...

 

Fransa. Paris. Luvrun bir guşəsi. Azər Mustafazadə ilə.
 

 

İki bölüm başqanı - Professor Rəşat Gənc və Kamal Abdulla -2004, İstanbul.
 
Oğum Mehdi və Milli Olimpia Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə...

 

Bakı. Savyan Universiteti. Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos, professor Fatma Abdullazadə ilə. Yunanıstan prezidentinə BSU-nun fəxri doktoru adının verildiyi mərasim.
 
Dəfələrlə sərbəst güləş üzrə Avropa və SSRİ çempionu olmuş dostum Məmməd İbrahimov və oğlum Mehdi ilə məclislərin birində...

 

Ramiz Rövşən və Vaqif Bayatlı... Şair dostlar arasında.
 
Orta məktəb müəlliməm Şərqiyə xanımla...
 
2002-ci il Roma Papası Azərbaycanda olarkən...
 
Dostum Rəşad Məcid...

 

Unudulmaz Vaqif İbrahimoğlu ilə.
 
Doktor Cavd Heyətlə Bakı Slavyan Universitetində söhbət edirik...

 

Bakı. Fransız səfirliyinin Mədəniyyət mərkəzi. Mərkəzin rəhbəri "Yarımçıq əlyazma"nın fransız nəşrini təqdim edir.
 
İtaliya. Bolonya. Bolonya Universitetinin rektoru ilə əməkdaşlıq müqaviləsi imzaladıqdan sonra.

 

Vilayət Quliyevlə Buninin məzarı önündə. Paris.
 
Vilayət Quliyevlə Varşavada. Bu cür gözəllikdən gözlərimizi çəkə bilmirdik...

 

Düşüncələr adamı çox uzaqlara apara bilir...
 
Yazıçılar Birliyi. Natəvan klubu. Anar mənimlə bağlı görüşü aparır... Deyəsən 60 yaşım münasibətilə keçirilən tədbir idi.

 

Vaqiflə. YUĞ-da. Deyəsən, "Dəvə yağışı"nın premyerasından sonra. İndi Vaqif mənim "deyəsən" sözümə oralardan gülür...
 
Bakı Slavyan Universiteti. Ukraynanın eks-prezidenti Viktor Yuşşenko qonağımız idi.
 
Əziz dostum, böyük türk alimi, dilçi-filoloq Osman Fikri Sərtqaya ilə...

 

ABŞ. Kolumbiya Universiteti. "Avrasiyaçılıq" mövzusunda məruzə edərkən...
 
Moskva. Rusiya Yazıçılar İttifaqı. "Qospodin doroqi" şeirlər kitabının təqdimat-müzakirəsi. Şeirlərin tərcüməçisi Alla Axundova çıxış edir.

 

2007-ci il, İstanbul. Beynəlxalq kitab fuarı.
 
Venesiyada...

 

Mətnlə baş-başa...
 
Dövlət səviyyəli tədbirdi. Akademik Ramiz Mehdiyev, Təhsil Naziri Misir Mərdanov, Rusiya Dövlət Dumasını sədri Sergey Narışkin, Rusiyanın keçmiş təhsil naziri Andrey Fursenko... Bakı Slavyan Universitetinə yığışmışıq.

 

Millət vəkil xanım Elmira Axundova ilə.
 
Sözün sehrində...
 

70

67
45
35
 
"Yarımçıq əlyazma"nın italyanca ilk nəşrinin üz qabığı
 
"Yarımçıq əlyazma"nın İtaliyada təqdimat afişası
 
Kamal Abdulla italyan oxucular üçün "Yarımçıq əlyazma"nı imzalayır
 
Sandro Teti Nəşr evinin rəsmi səhifəsində
 
İtaliyanin RAİ-4 televiziyasında

 

Roma kitab yarmarkasında "Yarımçıq əlyazma"nın təqdimat və müzakirəsi
 
İtalya naşir Sandro Teti ilə
İtalya naşir Sandro Teti ilə
 
İtaliya televiziyasında
 
Gürcüstanda Tbilisi Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənninin ilk dərsi
 
Gürcüstanda Tbilisi Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənninin ilk dərsi
 
Gürcüstanda Tbilisi Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənninin ilk dərsi
 
Kamal Abdulla və Umberto Eko
 
Dahi yazıçı Umberto Eko və onun həyat yoldaşı ilə - Umberto Ekonun evində

 

K.A_E.Umberto6
 
 
 
 
 
 
 
     Sim-sim.az saytının açılış tədbirindən
 
 
 
 
 
 
                              Şair Qismətlə
 
 
 
 
 
              
 
 
                                       ABŞ senatorları ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində