Sim-sim.az

Marqaret Etvud: “Oxucunu ağlatmayan kitablar…”

170417_r29746-1200x630-1491423007

Bu günlərdə baş ucu kitablarınız hansılardı?

Baş ucumda həmişə ağrı kəsici, qeyd dəftəri, qələm, bir də bir dedektiv hekayə saxlayıram. Bu aralar Jorj Simenonun komissar Meqre kitablarından birini oxuyuram. Bundan başqa indilərdə baş ucumda beynin qocalması ilə bağlı bir araşdırma, kuzinam Cenet Barkhausun “Sükut” adlı şeir kitabını, Moris Druyonun XIV əsr fransız kralları ilə bağlı yazıdğı tarixi bir kitab da var. Sonuncu oxuyub bitirmişəm, amma hələ də komodun üstündə qalıb.

Yaxşı bəs, ən sevdiyiniz hekayələri soruşası olsaq…

Bu janrın ustalarını oxuyaraq böyümüşəm. Ən sevdiklərim arasında Heminquey, Ketrin Mansfild, Ceyms Coys, Vilyam Folkner, Morli Kallaqan, Ketrin En Porter, Con Apdayk kimi müəlliflər var. Üstəlik Robert Viverin kanadalı hekayə ustalarının əsərlərini topladığı bir kitab var, orda adı çox da məşhur olmayan, amma gözəl hekayələr yazan müəlliflər tapmışdım: Ceyms Reni, Alis Munro kimi…

Qorxulu hekayələri də sevirəm, buna görə də Edqar Po, M.R.Ceyms, Stivenson və Şeridan Le Fanu kimi müəllifləri də sevərək oxumuşam. “Şerlok Holms” isə favoritimdir.

Amma “ən sevdiyim”i soruşanda, bilmirəm nə deyim. Ayrım etmək çox çətindir. Folkner, Qoqol, Çexov, Flober, Mopassan… Ağlıma onlarla ad gəlir. Oxunası o qədər çox şey var ki, bəzən vaxt çatmır.

Axırıncı dəfə hansı kitabı oxuyanda ağlamısınız?

 Ah… Bir sənət əsəri üçün ağlamaq… Bu ayrıca mövzudur. Əvvəllər oxucunu ağlatmayan kitablar uğursuz sayılırdı. 18-ci əsrdə yaşayan insanlar kitab oxuyanda selikləri axana qədər ağlayırdılar. Ceyn Ostinin “Ağıl və ehtiras”ı buna yaxşı örnəkdir. Özüm haqqında isə deyim ki, elə də tez-tez ağlamıram. Məsələn, “Balaca dəniz qızı” məni kədərləndirmişdi. Amma axırıncı dəfə hansı kitabı oxuyanda ağladığımı xatırlamıram. Deyəsən bunun üçün çox yaşlıyam. Mənim yaşlarımda insanlar adətən gülməyi tərcih edir.

Ən sevdiyini nağıl?

Uşaqlıqda “Qrimm qardaşlarının nağılları”nı oxumuşdum. İçində çox sevdiyim nağıllar vardı. Məncə, onların ən uğurlu tərəfi hər oxunuşda fərqli mənalar çıxartmağın mümkünlüyü idi.

Deyək ki, evinizdə ədəbi bir şam yeməyi təşkil etmisiniz və üç yazıçını dəvət edəcəksiz. Kimlər olardı?

İndi həyatda olmayan yazıçıları dəvət edərdim deyəsən və bu çox ləzzətli məclis olardı. Hamısı bu cür dəvətləri çox sevərdi və onları yenidən görməyi çox istərdim.

Birinci qonağım Robertson Deyvis olardı. O yamək yeməyi çox sevərdi və söhbətləri ləzzətli idi. Əminəm ki, o məşhur anekdotları ilə bizi yenə əyləndirərdi, eynilə ilk kitablarımdan biri olan “Samyuel Marçbankın müzakirəsi” kimi.

İkinci qonağım Angela Karter olardı. Həyatımda onun qədər fərqli cəhətləri olan, onun qədər müdrik bir qadın görməmişəm. Çox xeyirxah idi, çox yardımsevər idi. Həmişə yanınızda olmasını istəyəcəyiniz çalsaç, sevimli bir nənə kimiydi.

Üçüncü qonağım isə Met Kohen olardı. Met həm çox bacarıqlı romançı, hekayəçidir, həm də Teddi Cem adıyla uşaqlar üçün yazır. Bir vaxtlar redaktoru olmuşdum, çox yaradıcı, çox ləzzətli həmsöhbətdir.

Kim bilir, nə gözəl məclis olardı. Haydı gəlin köhnə dostlarım, çöldə qalmayın. Yəqin üşümüsünüz, haydı içəri girin!

Nyu-York Tayms

Tərcümə: Qismət