Sim-sim.az

“Nar bağı” Malatya Beynəlxalq Kino Festivalının birincisi oldu

23559512_243762686157725_7374901975405804977_n

 

 Malatya Beynəlxalq Kino Festivalının mükafatları təqdim edilib.

Sim-sim.az xəbər verir ki, müsabiqədə ölkəmizi təmsil edən “Nar bağı” bədii filmi beynəlxalq müsabiqənin birincisi olub.

Filmi Malatyada baş rolların ifaçıları Qurban İsmaylov və İlahə Həsənova təmsil ediblər. Bu mükafat “Nar bağı”nın artıq birinci beynəlxalq mükafatı deyil. Buna qədər film Eurasia ( Astana) Beynəlxalq Kino Festivalın “Ən yaxşı kişi rolu”, Listapad Beynəlxalq Kino Festivalın ( Minsk) “Ən yaxşı ssenari” mükafatlarını qazanıb. Bundan başqa filmin rejissoru və baş rol ifaçısı  adı çıkilən festivalların  əsas jürilərinin diplomlarına layiq olublar. Noyabrı 21 isə Avstraliyada  Asiya və Sakit Okeanı ölkələri Kino Akademiyasının Asia Pasific Award mükafatlarının təqdim etməsi olacaq . Ölkəmizi bu qurumun akademiki kino rejissor İlqar Nəcəf təmsil edəcək. Münsiflərin qərarına görə İlqar Nəcəf  “Nar bağı” filminə görə Akademiyanın “Ən yaxşı gənc rejissor” nominasiyasında qalib olub.

Filmin festival yayımını Azərbaycanfilm kinostudiyası ilə bağlanan müqavilə əsasında məhz Buta Film kino şirkəti həyata keçirir. Buta Film kino şirkətindən bildiriblər ki,  “Nar bağı”nın uğurlu festival həyatı özəl prodüsser şirkətləri ilə dövlət strukturlarının birgə işinin nə qədədr məhsuldar olduğunun göstəricisidir. Azərbaycan kinosunun beynəlxalq səviyyəyə çatması üçün özəl prodüsser şirkətləri ilə əməkdaşlıq çox əhəmiyyyətlidir. “Nar bağı” Buta Film kino şirkətinin Azərbaycanfilm kino studiyası ilə birgə istehsal etdiyi ikinci filmdir. 2011 ci ildə birgə istehsal etdikləri “Buta” filmi də beynəlxalq festivallarda uğurla iştirak edib və Asiya və Sakit Okeanı ölkələri Kino Akademiyasının “Ən yaxşı uşaqlar üçün film” nominasiyasında Asia Pasific Award mükafatını qalibi olub. Xatırladırırq ki, bu mükafat kino mətbuatında “Asia oskarı” kimi tanınır.

Azərbaycanfilm kino studiyasının Buta Film kino şirkəti ilə birgə istehsal etdiyi filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.