Sim-sim.az

Qadağan edilmiş kitablar – SİYAHI

qayy

Sim-sim.az  müxtəlif dövrlərdə fərqli ölkələrdə qadağa edilmiş kitabların siyahısını təqdim edir.

 

Uilyam Şekspir – “Hamlet” – 16-cı əsrdə yazılmış faciə 1978-ci ildə Efiopiyada qadağan edilib.

 

Ceyms Coys – “Uliss” – Kitab nəşr olunan zamandan mübahisələrə və senzuralara məruz qalıb, Böyük Britaniyada 1930-cu illərə qədər qadağan idi.

 

Corc Oruel – “1984” – Kitab çap olunan zaman Amerikada "kommunizm təbliğ" etdiyinə görə və əsərdəki açıq seksual səhnələrə görə tənqid edilib. Kinayə ondan ibarətdir ki, keçmiş SSRİ-də də “1984” kommunizmə edilən hücum kimi qiymətləndirilib və qadağan edilib.

 

Den Braun – “Da Vinçinin şifrəsi”– 2003-cü ildə işıq üzü görən roman xristianlığı alçaltdığı üçün Livanda qadağan edilib.

 

Uilyam Qoldinq – “Milçəklərin tanrısı” – Nobel mükafatı laureatı tərəfindən yazılmış alleqorik əsərdir. Əsər qəza nəticəsində adaya düşən və burada yaşamağa məcbur olan bir qrup uşağın simasında insan tərəfindən yaradılan sivilizasiyanın məhv olduğunu, insanların həmişəlik vəhşilərə çevrildiyini göstərir. Əsər insanın heyvandan başqa bir şey olmadığını iddia etdiyinə görə və zorakılıq səhnələrinə, vulqar dilinə, irqçilik, qadınların, azlıqların, şikəstlərin və Tanrını alçaldan ifadələrdən istifadə edilməsi iddialarıyla qadağan olunub.

 

Vladimir Nabkov – “Lolita” – Romanda pedofiliya elementləri olduğu üçün Fransa, Böyük Britaniya, Kanada, Yeni Zellandiya, Cənubi Afrika Respublikası və Argentinada “Lolita”nın çapı və yayımı qadağan edilib.

 

Anna Frank – “Anna Frankın xatirə dəftəri” –  Sionizm təbliğatına görə Livanda qadağan edilib.

 

Boris Pasternak – “Doktor Jivaqo” – Müharibə təbliğatını və stalinizmi tənqidi etdiyi üçün SSRİ-də 1988-ci ilə qədər qadağan idi.

 

Vasiliy Qrossman –  “Həyat və tale” –  1959-cu ildə yazılan kitabda Stalinqradın müdafiəsi uğrunda vuruşan əsgərin parçalanmış ailə əhvalatından söhbət edilir. Əsər məhv edildi. Kitabın bir nüsxəsi 1980-ci ildə ortaya çıxdı və kitab İsveçrədə işıq üzü gördü.

 

Epton Sinkler – “Cəngəllik” – Roman 1956-cı ildə şərqi Almaniyada kommunizmlə uyğunlaşmadığı üçün qadağan olunub.

 

Andre Malro – “Ümid” – Dünyanın bütün dillərinə tərcümə edilən bu kitab Türkiyədə də nəşr olunmuşdu. İspaniya Vətəndaş müharibəsindən danışan roman kommunizm təbliğatına görə 1968-ci ildə Türkiyədə 4-cü Sülh Cəza Məhkəməsinin qərarı ilə yasaqlandı.

 

Henri Miller – “Xərçəng tropiki” – 1934-cü ildə ABŞ-da ədəbsiz sayılaraq 30 il qadağa altında saxlanıldı.

 

Betti Mahmudi –  “Qızım olmadan əsla” –  Ölkəsinin acınacaqlı vəziyyətini təsvir etdiyi üçün İranda qadağan olunub.

 

Volter –  “Kandid” –1930-cu ildə ABŞ gömrük məntəqələrində ölkəyə gətirilməsinin qarşısı alınıb.

 

Qustav Flober – “Madam Bovari” – 1856-cı ildə yazılan roman fransız xalqının əxlaqi dəyərlərini təhqir etdiyi üçün qadağan olunmuşdu.

 

Karl Marks –  “Kapital” – Türkiyədə uzun müddətdir ki, qadağan edilib.

 

Çarlz Darvin –  “Növlərin mənşəyi” -. Darvinin təkamül nəzəriyyəsini işıqlandıran kitabı 1859-cu ildə Yuqoslaviyada, 1935-ci ildə Yunanıstanda qadağan edilib. ABŞ-da 1925-1967-ci illərdə təkamül nəzəriyyəsini öyrətmək qadağan idi.

 

Aleksandr Soljenitsın – “İvan Denisoviçin həyatında bir gün” – 1964-cü ildə Sovet İttifaqında qadağan edilmişdi.

 

“Min bir gecə” nağılları –  1926-1950-ci  illərdə ABŞ-da əxlaqi dəyərlərə cavab vermədiyi üçün qadağan edilmişdi. Bu qərar İran və Əfqanıstanda indiyədək qüvvədə saxlanıb. Misirdə qadağa cəhdləri davam edir.

 

Migel de Servantes –  “Don Kixot” – 17-ci əsrin əvvəlində İspaniyada inkvizisiya məhkəməsi tərəfindən “xeyriyyəçiliyin dəyərsiz göstərilməsi” səbəbi ilə qadağan edilib.  

 

Səid Nursi – Nur külliyyatı – Türkiyədə 1963-cü ilə qədər qadağan olunub.

 

 Salman Rüşdi – "Şeytan ayələri" – İlk dəfə 1988-ci ildə çap edilən əsər qismən Məhəmməd peyğəmbərin həyatından təsirlənərək yazılıb. Bu kitabda Rüşdi bir sıra "Quran" ayələrindən istifadə edərək, dinin bəzi aspektlərini ələ salır. Kitab Birləşmiş Krallıqda müsbət qarşılanmasına baxmayaraq, Ayətulla Xomeyni fətva verib və bütün müsəlmanları Rüşdini öldürməyə çağırıb.

 

Biçer Stou – "Tom Dayının daxması" – "Tom dayının daxması" Amerikalı yazıçı Harriet Biçer Stounun quldarlıq əleyhinə yazdığı məşhur romanıdır. 1852-ci ildə nəşr edilən kitabın Amerikada quldarlığa və Afro-amerikanlara olan münasibətinin dəyişməsində mühüm rolu olub. Əsər çox tərif qazansa da, onu pisləyənlər də az olmayıb. Kitab Amerikanın cənubunda "abolsionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunub və bir sıra quldarlıq tərəfdarı cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazıblar.

 

 

Con Steynbek – "Siçanlar və adamlar" – "Siçanlar və İnsanlar" romanı Nobel mükafatlı yazıçı Con Steynbek tərəfindən 1937-ci ildə yazılıb. Əsərdə Corc Milton və Lenni Smolun Böyük Böhran dövründəki faciəvi həyatından danışılır. "Siçanlar və İnsanlar haqda" tez-tez dilinin vulqar olmasına görə senzuraya məruz qalıb. Əsər bir sıra Amerika ictima və məktəb kitabxanalarında və dərs cədvəlində "evtanaziyanı yaymaq", "irqi ayrı-seçkiliyə göz yummaq" və vulqar dilə sahib olması iddialarıyla qadağan olunub.

 

Selincer – "Çovdarlıqda uçurumdan qoruyan" – Əsərdə Holden Kolfildin təhsil aldığı "Pensey Prep" kollecindən qovulmasından sonra, Nyu-Yorkda başına gələn hadisələrdən bəhs edilir. "Çovdarlıqda uçurumdan qoruyan" əsərində işlədilən kobud ifadələr və sözlərə, cinsəllik və yeniyetməlik problemlərinin təsviri və insanlara psixoloji təsirinə görə mübahisələrə səbəb olub. "The Beatles" qrupunun solisti Con Lennonu sevdiyi halda qətlə yetirən Mark Çepmen hadisədən dərhal sonra bir küncə çəkilərək cibindən məhz bu əsəri çıxarıb oxumağa davam etmişdi.

 

 

Oldos Haksli – "Cəsur yeni dünya" – Əsərdə təsvir olunan dünya utopiyadır, insanlar qayğısız, tibb və texnologiya yüksək səviyyədə inkişaf edib. Müharibə və yoxsulluq ləğv edilib və hamı həmişəlik xoşbəxtdir. İroniya isə ondadır ki, xoşbəxtliyə insanların varlığı üçün önəmli olan ailə, mədəniyyət, incəsənət, ədəbiyyat, din və fəlsəfə kimi məhfumların məhv edilməsiylə nail olunub. Kitab dilə, ailəyə və dinə qarşı olması ittihamıyla İrlandiyada qadağan olunub.

 

Hitler – "Mənim mübarizəm"Səbəbi tarixdə gizli…