Sim-sim.az

Stiven Hokinq: “Yadplanetlilərdən mesaj gəlsə, cavab verməyin!”

f035271beb296bfce7e4c2d9511873e8

Dünyanın ən dahi fiziki hesab edilən “Qara dəlik uzmanı” Stiven Hokinq bildirib ki, bir gün yadplanetli məxluqlar onları axtarmaq üçün göndərdiyimiz siqnallara reaksiya verə bilərlər. Bu halda onlara cavab mesajı göndərilməsi barədə tərəddüd etmək lazım olacaq.

Hokinq “Curiosity Stream”onlayn video efirində nümayiş etdirdiyi 25 dəqiqəlik sənədli filmdə kainatın mümkün olan xəritəsini təsvir edərək orda ən çox sevdiyi bölgələri diqqətə çatdırıb. Həmçinin, qeyd edib ki, artıq Yerə bənzəyən planetlərin kəşfi yolunda xeyli artım var və bu say durmadan çoxalır.

“Bu göy cisimlərini üç bölgüyə ayırmaq olar. Bəziləri alov və lavalardan ibarət qaynar cəhənnəmlərdir, bəziləri sonuna yaxınlaşan ulduzların kəskin “X” şüalarına məruz qalmaqla dəyişilmiş nəhəng almaz kütlələridir. Bəziləri isə Yer kürəsinə oxşayır”. Eyni zamanda, Hokinq kəşf edilən son planetlər arasında “Gliese 832c”-nin üstünə diqqət çəkərək əlavə edib ki, bu planet bizimkindən də gözəl ola bilər və üstəlik, kütləsi Yerdən 5 dəfə çoxdur. Əgər bu planetdə Yerdəki qədər temperatur və maye halında su olduğunu bilsək, orda həyatın olması ehtimalı da yüksələcək.

 

Bəs kosmosda başqa bir ağıllı həyat varsa və bizə hər hansı mesaj göndərərlərsə, bu halda nə etməliyik?

“Bizdən daha çox inkişaf etmiş sivilizasiya ilə qarşılaşmaq ehtimalımız çox böyükdür. Əgər bir gün bu reallaşsa, Xristofor Kolumbun qızıldərililərlə qarşılaşdığı vəziyyət təkrar oluna bilər. Hamımız o prosesin nə ilə nəticələndiyini bilirik”.

Bir gün doğrudan da kosmosda özümüzdən başqa ağıllı sivilizasiyanın varlığına şahid olsaq, Hokinqin fikrincə bu, dünya tarixində ən böyük kəşf olacaq.

“Bu kəşf bizi dəyişməyə məcbur edəcək. Buna qədər kainatda misilsiz bir mövqedə olduğumuzu düşünürdüksə, bundan sonra bu fikirdən daşınıb daha mərhəmətli və daha təvazökar ola bilərik”.

 

Mənbə: https://sputniknews.com