Sim-sim.az

Təqvimdə 10 noyabr

wall calendar calendar with the number of days and clock close-up

Müxlis Cənizadə

Əməkdar artist, teatr və kino aktyoru Müxlis Cənizadə 1972-ci ilin bu günü vəfat edib. O, dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. Bir çox filmlərdə gözəl rollar yaradıb.  

 

Mikayıl Rzaquluzadə

Nasir, şair, tərcüməçi Mikayıl Rzaquluzadə 1984-cü ilin 10 noyabrında dünyasını dəyişib. O, müxtəlif illərdə Bakıda Sabir adına və rayon kitabxanalarında kitabxanaçı, Bakı Mərkəzi Kitabxanasında pedaqoji institut kitabxanasının müdir müavini və müdiri vəzifələrində işləyib. Bundan başqa Bakıda Azərbaycan Dövlət Elmi – Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərnəşrdə tərcüməçi və redaktor olub, "Azərbaycanfilm" kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 1923-cü ildə "Abdulla Şaiq" kitabçasında çıxan "Müəllim" şeiri ilə başlayıb. İlk məqaləsi isə 1926-cı ildə "Maarif işçisi" jurnalında "Cocuq ədəbiyyatında üsul məsələsi" adı ilə dərc olunub. Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutub. Yaradıcılığında bədii tərcüməyə də geniş yer verib.

 

Kürçaylı