Sim-sim.az

Uzunömrlülüyün sirri – MÜTALİƏ

man-reading

Amerikanın Yel Universitetində 50 və daha çox yaşı olan 3 min 635 nəfər üzərində aparılan araşdırmaya görə, həftədə sadəcə 3 saat yarım mütaliə etmək  daha çox yaşamağa səbəb ola bilər.

Araşdırmalara görə mütaliə vərdişi olan adamlar normal şərtlər altında yaşadıqları halda digərlərindən orta hesabla 2 il çox yaşaya bilərlər.

Bu tədqiqatlar uzun yaşamaqla mütaliə vərdişi arasındakı əlaqəni və oxumağın zehnin aktiv və sağlam qalmasına şərait yaratdığını göstərmək üçün həyata keçirilib.

Əvvəlki illərdə aparılan tədqiqatlarda da roman oxumağın beynin dil qabiliyyətiylə bağlı bölgələrinə təsir etməsi və gücləndirməsi sübut edilmişdi.

Üstəlik, qurğu romanları oxumağın empatiya hissini artırdığı, insan münasibətlərini daha da gücləndirdiyi və insanları daha da xoşbəxt etməyə qadir olduğu bildirilmişdi.

 

Bu təsirlər jurnal və qəzet oxuyan adamlardan fərqli olaraq, yalnız kitab oxuyan insanlarda müşahidə olunub.

 

Növbəti mərhələdə isə tədqiqatçılar qurğu, yoxsa real hadisələrdən bəhs edən roman oxuyanlar və elektron kitab, yoxsa ənənəvi kitab oxuyanlar arasındakı fərqlər üstündə müşahidələrini davam etdirəcəklər.

Əvvəlki tədqiqatlarda mütaliə vərdişinin beyin aktivliyinin qorunması üçün pozitiv təsiri və şüuru itirmə riskini azaltdığı ortaya çıxarılıb. Bununla yanaşı, mütaliənin stress səviyyəsini azaltdığı da müşahidə edilir.

Kitab oxumağın daha uzun həyatla bağlı təsirini sübut etmək xeyli müddət tələb etsə də, bilirik ki, kitablara vaxt ayırmaqdan hələ heç kəsə ziyan gəlməyib.

 

Mənbə: http://www.sciencealert.com/spending-more-time-reading-could-help-you-live-longer-suggests-a-new-study