Sim-sim.az

Ziqmund Bauman vəfat edib

que_futuro_estamos_construyendo_entrevista_al_sociologo_zygmunt_bauman

Modernizm, totalitarizm və postmodernizm sahəsindəki araşdırmaları ilə tanınan polşalı sosioloq və filosof Ziqmund Bauman 91 yaşında dünyasını dəyişib.

Baumanın “axıcı modernizm” cərəyanına istinad edən həyat yoldaşı Aleksandra Yasinka-Kanya fikrini “Axıcı sonsuzluğa qovuşdu” şəklində ifadə edərək ərinin ölüm xəbərini dostlarına çatdırıb.

İkinci Dünya müharibəsi alovlanana qədər vətəni Polşanın Poznan əyalətində yaşayan Bauman “Holokost”dan canını qurtarmaq üçün SSRİ-yə sığınmışdı. Müharibədən sonra yenidən Polşaya qayıdan və 1968-ci ilə qədər Polşa Kommunist Partiyasında fəaliyyət göstərən filosof siyasi görüşlərinə görə sosioloji professorluq vəzifəsindən uzaqlaşdırıldıqdan sonra İsrailə köçüb.

Ziqmund Bauman “Holokost” dalğasının modernizmin təməli sayılan sənayeləşmə və rasional bürokratiyadan doğulduğunu müdafiə edirdi. 90-cı illərdə “axıcı modernizm” anlayışını irəli sürərək qloballaşan dünyada peyda olan müvəqqəti və təsadüfi azlıqların formalaşma səbəblərini izah etmişdi.

“Postmodern etika”, “Sosioloji düşünmək”, “Qloballaşma”, “Çağdaşlıq və qeyri-müəyyənlik”, “Fərdiləşən cəmiyyət” əsərləriylə məşhurlaşan görkəmli sosioloq və filosof 1989-cu ildə “Amalfi”, 1998-ci ildə isə “Teodor Adorno” mükafatlarına layiq görülüb.

Mənbə: “Reuters”