Sim-sim.az

“Amansız hakim” – Derek Uolkott – MÜSAHİBƏ

uolkott

Derek Uolkott – şair, esseist, dramuturq.

1930-cu il Sent-Lusiyanın paytaxtı Kastrisdə doğulub. O, 1992-ci ildə zəngin tarixilik və multikultural dəyərlərə sədaqətdən yaranmış parlaq poetik yaradıcılığına görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Sim-sim.az   Derek Uolkottun müsahibəsini təqdim edir.

 

 

– Məncə, siz ilk dəfə Brodski ilə Robert Louellin dəfn mərasimində görüşmüsünüz. Bu görüşü xatırlayırsınızmı?

– Robert Louellin ölümü hamımızı sarsıtmışdı. O, məhəbbət saçan, çox xeyirxah insan idi və Nyu-Yorka gəldiyimdə məni çox səmimi qarşılamışdı. İlk dəfə onunla Trinidadda görüşmüşdük, biz Nyu-Yorka köçəndən sonar isə o və həyat yoldaşı Elizabet Harduik mənimlə və həyat yoldaşımla mehriban dost oldular. Robertin yoxluğu çox, çox ağır itki idi. Biz Syuzan Zontaq, Rocer Straus və redaktor Pet Stronqla Nyu-Yorkdan Bostona uçduq. Lakin onların maraqlandığı İosifin izini-tozu da görünmürdü. Bostana uçmağımızın tarixi də qarmaqarşıq düşmüşdü . Sonra mən dəfn mərasiminə getdim, ora həddən çox adam toplaşmışdı. Kilsədə tanımadığım bir adam gəlib mənim yanımda oturdu. Onun kim olduğunu bilmirdim, maraqlı siması, gözəl profili vardı, başını dik tutur və çox təmkinli görünürdü. Lakin mən görürdüm ki, adam daxilən bu olümlə barışmaq istəmir, kədər, acı yaşayır. Təxmin etdim ki, bu İosif Brodski ola bilər. İndi artıq dəqiq yadımda deyil- bizi mərasimdən sonra küçədəmi tanış etdilər və yaxud hansı məqamda onunla danışdım. O anlar mən ancaq Robertin ölümü barədə fikirləşirdim. Sonra Elizabet Bişopun evinə getdik, ora da adamlarla dolu idi. İndi ilk ünsiyyətimizin hansı məqamda baş verdiyini xatırlamaq qeyri-mümkündür, lakin elə alındı ki, Nyu-Yorka qayıdarkən aramızda möhkəm dostluq əlaqələri yarandı və biz tez-tez görüşürdük.

 

– Brodski sizin haqqınızda artıq Louelldən eşitmişdi və bəzi şeirlərinizi oxumuşdu. Siz necə, görüşünüzdən əvvəl Brodskini oxumuşdunuzmı?

– Mən olanlar barədə eşitmişdim. Xatırlayıram ki, Pinqvin nəşrini görmüşdüm. O vaxtlar mən rus poeziyasından bəzi şeylər oxumuşdum.

 

– Rus poeziyasındakı xüsusi cazibədarlığı nədə görürsünüz?

– Rus poeziyasını, xüsusən də müasir rus poeziyasını mən təsəvvürümdə əl çatmayan yerə, belə demək mümkünsə, cəngəlliyə oxşadardım. O mənada ki, tərcümələr vasitəsilə onu anlamaq olmur. Əlbəttə, mən Pasternakı tanıyıram, lakin, Louellin tərcümələri istisna olmaqla, onun əsərlərinin böyük qismi bəsit tərcümə olunub. Louellin Pasternakını çox sevirəm. Sonralar, əlbəttə onun “Mühafizə şəhadətnaməsi“-ni oxumuşdum,çox gözəl nəsr əsəridir. Svetayevanın bir-çox əsərlərindən xəbərsizəm, Axmatovanın bir-neçə əsərini oxumuşam, lakin o da tərcümədə. Tərcümə fikri ötürməkdə daima maneə yaradır. Əsərdə güclü və əzəmətli nə ki var,tərcümədə sentimental görünür. Bu da həssaslıqdan, zəriflikdən və bu kimi hisslərdən çəkinməyən Pastenak kimi yazıçı üçün çox təhlükəlidir. Bir də belə əsərlər ingilis dilinə çevrilənəndə sətirlərdən axan əzab duzsuz şitliyə çevrilir və bu adama çox ağır gəlir. Elə Axmatova da məhz bu səbəbdən səhv qəbul olunur. Bir qayda olaraq siz rus poeziyasını rus tərcümeyi-halından ayıra bilmirsiniz. Başqa sözlə desək Axmatovanı – oğlu həbsxanada olduğuna görə, Svetayevanı özünə qəsd etdiyi üçün diqqətə layiq görürsüz. Mən- elə başqalarını da, məsələn, Yesenini də nəzərdə tuturam.

 

– Demək istəyirsiniz ki, rus dili bilməyənlər onların dahi şair olduqlarına sadəcə inanmalıdırlar?

– Elədir ki, var.

 

– Uzun illər Brodskinin mühacirət həyatını müşahidə etmisiz. Elə özünüz də mühacirətdəsiniz. Mühacir həyatı şairə necə təsir edir?            

                                                                                                                                 İosif Brodski​       

– Mövcud siyasi şərait nəticəsində sürgün edilmiş İosiflə dostluq əlaqələrim artıb-möhkəmləndikcə, mən həyatımda ilk dəfə əsl sürgün edimiş adamla üzləşirdim. Çünki,bir çox hallarda öz ölkələrində yaşamayan, ancaq məsələn, Lemminq və Naypol kimi vest-hind yazıçıları istənilən vaxt təyyarəyə hoppanıb vətənlərinə- yaşamağa da olmasa, sadəcə yoluxmağa gedə bilən yazıçılara da mühacir deyirlər. Sonuncu hətta bu barədə “Sürgünün ləzzəti” adlı kitab da yazıb. Bu əsl sürgün deyil. Sürgün—göndərilmə, uzaqlaşdırılmadır. Mən elə bir adam tanımıram ki, öz ölkəsindən,məlum mənada dil mənsubiyyətindən sürgün edilsin . Ölkədən sürgün o deməkdir ki, sizə artıq bu dildən istifadə etmək yasaqdır. Elə sürgünün tam və son məqsədi də bundan ibarətdir. Buna gürə də İosifin real vəziyyətinin şahidi kimi, mən anlamağa başladım ki,nə mənim, nə də xaricdə yaşayan istənilən yazıçının mühacirəti sürgün deyil. Belə ağrı və əzab üçün bu çox səthi tərifdi. Mən heç cürə təsəvvür edə bilmərəm ki, valideynlərimi(anamı) və ya vətənimi heç vaxt görə bilməyəcəyəm.Və mən bu sözün dərinliyində daldalanmış acını dərk etməyə başladım. Lakin İosifin fərdi nümunəsi ruhun böyük mətinlik təcəssümü idi. Burada nə özünərəhm, nə təkəbbür, nə yəhudi olduğu üçün şikayət və buna oxşar məziyyətlər yoxdur. Təkcə rejimə qarşı böyük sarkazm hissi var. Bundan başqa yüksək qiymətləndirdiym xüsusiyyətlərdən digəri dəqiqlik və belə şəraitdə şair əzminin vacib əyani nümunəsi olan çalışqanlıqdır. Özü də bu, terapiya xətrinə yazmaq deyildi, bu həm siyasətdən, həm də özünü araşdırmadan yüksəkdə duran çox ciddi fəaliyyət idi. Və bu, hər şeydən əvvəl, İosifin davranışının alicənablığı idi. Düşünürəm ki,məhz bu xarakter, insanları ona cəlb edirdi. İnsanlar İosifi dahi şair olduğuna görə deyil,heyrətamiz mətinliyinə, yumor hissinə və istənilən səbəbdən özünə rəhm hissinə etinasızlığa görə sevirlər.Mən İosifdə yəhudiliyi ilə bağlı bir keyfiyyət görmürəm(gülür). Mən onu nəzərdə tuturam ki,yəhidi yazarı özünü zənci yazıçı kimi apara bilər, yəni: “Əcdadlar! Şərait! Təqiblər!”…daha nə qaldı? Sonralar rejim tərəfindən təqiblərə məruz qalan yazıçıların əksəriyyətinin yəhudi olduğunu başa düşdükcə, bu acı həqiqət mənə aydın oldu. Düşünürəm ki, bu təqiblər antisemitizmin yeni, fərqli növü deyil, əsasən siyasi baxışlarla əlaqəlidir.

 

– Marina Svetayeva bu məqamda sizə düzəliş verərdi ki, bütün şairlər müəyyən mənada elə yəhudidirlər.

– Əgər siz bunu iddia edirsinizsə, yəqin ki, hansısa imtiyaz baxımından dəyərləndirirsiz.Yəni o mənada ki, əgər siz şairsinizsə, bu halda “Əbədi Cuhud”a çevrilirsiniz. Mən onun nə demək istədiyini başa düşürəm, amma belə şeylərdə ehtiyatlı olmaq lazımdır. Əslində bu, daha çox müəyyən cəmiyyətlərin şairlərlə rəftarına eyhamdır.

 

– Sizcə İosifdə nə var ki, ona qürbətdə yaşamağa və uğur qazanmağa kömək etdi?

–Hər şeydən əvvəl İosif üçün uğur əhəmiyyət daşımır. İosif özünü müxtəlif səbəblərdən fateh hiss edə bilər:müvəffəqiyyətlə nəticələnən istənilən işdən, öz fikrinə görə tutarlı şeirindən və bu da, çox gözəldir. Lakin düşünürəm ki, İosif birbaşa yarışmada özünü təsdiqləmir, daha çox özü üçün müəyyən nümunələr yaradır, daha doğrusu dahi hesab etdiyi obrazlar formalaşdırır; Ovidiy,Vergiliy kimi dahi simalar. Onu da qeyd edim ki, müasir poeziya onu qıcıqlandırır. Bu misralar yəqin yadınızdadır: “neylərdik iyirminci əsri,əgər on doqquzuncu əsr vardısa…” Bu misralar ədəbiyyat haqdadır. Lakin əsrin sonunda yazarların səviyyəsi və nailiyyətləri İosifin yaratdıqlarının miqyası və həcmi danılmazdır, çünki o günbəgün bu işlə məşğuldur. Mənim üçün o, poeziyanı bayağı fəaliyyət kimi yox, gündəlik zərurət kimi dəyərləndirən mükəmməl şairdir.Məncə, müasir şairlərin əksəriyyəti bəyan edirlər ki, mənə qığılcım gərəkdir, şeir yazmaq üçün səbəb vacibdir. İosif üçün isə düşünürəm ki, istənilən hər gün səbəbdir. Əlbəttə ölüm kölgəsi, xəstə ürək və buna bənzər məqamlar. O,dəqiqədəbir ürəyini tutur, lakin ətrafında təlaşa düşənlərə nifrət edir. Təlaş onu hiddətləndirir. Bu da onun dostlarını cinləndirir. O,özünə diqqət çəkməyi xoşlamır və bilirsiniz,  bu canıyananlığı xüsusi vurğulayır.

 

– Bəzi mövzulara hər ikinizin yaradıcılığında rast gəlinir. Məsələn, sürgün, imperiya, zaman. Hətta poetik səviyyədə bəzi oxşar cizgilər də nəzərə çarpır: məsələn, mürəkkəb sintaksis, tez-tez keçidlərdən istifadə və müəyyən texniki virtuozluq. Bu, sadəcə təsadüfdür,yoxsa buna başqa izahınız var?

– İosif əlbəttə ki, mənə təsir göstərib. Düşünürəm ki,hər bir şair zaman-zaman belə şəraitlə üzləşir. Heç bir müqaisəsiz, lakin mənə deyəndə ki,: “Bu İosifin təsiridir”-nə etmək olar,ünsiyyət,dostluq təsirsiz ötüşmür.Və əgər yazdıqlarımdan hansısa İosifi heyran edirsə,bu mənim üçün çox böyük tərifdir, çünki o, hər şeirə qarşı çox tələbkar, amansız hakimdir. Bundan başqa çəkdiyim misalda məktəb var. Tutalım, bir insan siyasi iztirabların keçməkeşlərindən keçib və anlayıb ki,mahiyyətcə bu poeziya üçün əhəmiyyətsizdır. Deyərdim ki,İosifə ğörə siyasi iztirablar, siyasi dəyişikliklər və ya əvvəllər Rusiyada baş verənlərlə müqaisədə, indiki Rusiyada baş verənlər də həmçinin, bunların hamısı dünyəvıdir, fanidir. Bunlar sadəcə baş verən hadisələrdir.İnsanların istənilən zaman kəsiyində davranışlarıdır. Beləcə o, davamiyyətli dəyişikliklər və eyni zamanda hərəkətsizlik məfhumunu aşılamış olur. Bu poeziya deyil. Fikir də deyil. Dil-budur yeganə məşğul olunası sahə. Məsələn,mən uşaqlığımda İmperiya basqısı altında yaşamışam. Lakin başlıcası budur ki, məsələn, Roma, Britaniya,Rusiya imperiyaları arasında tarixi paralelləri görə biləsən;yəni Odiviydə olduğu kimi ,əlbəttə, əgər o sağ olsaydı, malik olduğu şərait baxımdan. Bununla mən, əlbəttə, onun Ovidiy olduğunu idda etmirəm. Sadəcə olaraq bildirmək istəyirəm ki, şərait, mühit oxşardır. Lakin məsələ sürgünün siyasi səbəbində deyil— onun Rusiyada oğlu qalıb, o,coğrafi baxımdan Qara dənizdən Baltik dənizinədək uzanan əraziyə,vətəninə qayıtmaq fikrində deyil. O heç də eqosentrik müqayisə aparmır. Lakin bütün bunlara baxmayaraq, həqiqət elə bundadır ki,o, kimiydisə elə qalır. Tamamılə yəhudi məsələsindən uzaq, bu əhəmiyyətsiz şeydir. Əgər siz, deyək ki, məsələni siyasət həddinə qədər sadələşdirsəniz, bu siyasət nöqteyi—nəzərdən sırf siyasi məsələdir. Lakin leksikonumun bir hissəsinə şevrilmiş “İmperiya” sözü, İosifin terminlərinin mənimsəməyimdən deyil, aramızdakı dostluq əlaqələrinin uzlaşmasından qaynaqlanır, təsir göstərir, yəni lüğətimə daxil olur. Çünki poeziyada elə dövr var ki, tarixi dövr-o zamanlar şairlər bir-birinə eyni dildə, düşüncələr dilində, epistolyar janrda məktublar yazardılır. Bu düşüncələrlə bölüşmək üsulu idi. Və bir-çox hallarda İosifə yazanda və ya, “Midsummer” adlı kitabımda olduğu kimi, ona müraciət edəndə, bu, sadəcə olaraq, nə isə oxşar bir şey yaratmaq istəyim idi. İosif Roma haqqında eleqiya yazanda düşünürdüm: ”Əslində Roma ilə Port-Of-Speyn arasında heç bir fərq yoxdur”.  Mən heç də nə tarixi, nə də mədəni fərqi nəzərdə tuturam. Birinin xarabalıqları və yaddaşı var, digəri isə nə xarabalığa, nə də ehtimalən yaddaşa malikdir. Odur ki,şeirlər İosifə məktub mənasında müraciət və bir halda ki, iki dost söhbət edirsə, yəqin ki, mübadilə vasitəsi idi.

 

– Mənim sualımı Brodskinin sizə təsiri mənasında qəbul etməyiniz sizin tərəfinizdən təvəzökarlıq və alicənablıqdır. Doğrusu, mən başqa şey nəzərdə tuturdum. Məni maraqlandıran odur ki, Brodski sizinlə yarışırdımı?

– Əsla yox. Mənim çox yaxın iki dostum var – Şeymus Xini və İosif Brodski. Mənim onları sevməyimin iki səbəbi var: hər ikisi anadangəlmə şairdirlər, hər ikisi dostumdır. Burada yarışa yer yoxdur.

 

– Bu sualı ona görə verdim ki, Brodskinin özü etiraf emişdi ki,yarışma ruhu onu tərk eləmir: “Əvvəlcə elə yaz ki,dostlarından yaxsı olsun,sonra tutaq ki, Pasternakdan və ya Mandelştamdan və ya nə bilim Axmatovadan, Xlebnikovdan, Zabolotskidən yaxşı olsun. Svetayeva yeganə rus şairidir ki, onunla “yarışmamaq” qərına gəlib.

– Düşünürəm ki,yarışma sözü , hətta İosif bunu şəxsi mənada istifadə etsə belə, düzgün deyil. Əslində bu göründüyü kimi deyil. Ehtimalən Dante Vergiliylə yarışır. Başqa sözlə desək İosif özünə başqa bir Vergiliy yaradır və onunla yarışır. Hansısa Vergiliy real mövcuddur və bunu yoxlamaq olar. Bütün ədəbiyyatçıların xəyalən dostları var.  Lakin onların həmçinin bələdçisi də mövcuddur; nə qədər ustad olmalarına baxmayaraq. Ona görə də burada qarşıda gedən Ovidiyin və ya bir başqasının kölgəsi görünür. İosifin bəyənmədiyi müasir poeziya barədə heç nə deyə bilmərəm. Digər tərəfdən Aleksandr Kuşner nümunəsi,-şəxsi,uğurlu nümunədir,-mövcuddur. Biz Rotterdamda olarkən İosifdən başqa sairlər barədə soruşanda o, mənə Kuşner barədə danışdı. Onda mən Kuşnerin tərcümə edilmiş şeirlər kitabını oxudum və bu son dərəcə bərbad tərcümə idi. Mən kitabı oxumaq istəmirdim. Çox bəsit və bayağı əsərlər idi. Kitabı oxuya bilməməyimə səbəb heç də təkəbbür deyildi. Sadəcə bunun ziyan verəcəyini görür və oxumağı davam etdirməyin mənasız olduğunu dərk edirdim. Mən bilirdim ki,İosif onu qeyri-adi şair hesab edir. Lakin mən tərcümələrdə Kuşnerin xeyrinə yozula biləcək bir şey görmürdüm və səhnəyə çıxıb onun əsərlərini oxumaq istəmirdim. Doğrusu, başqa tərcümələr də var idi, “Farrar,Straus and Giroux” nəşriyyatı Kusnerin yeni kitabın nəşr etmişdi. Doğrudur , mən rus dilini bilmirəm,ancaq bəzən sətir arası güclü hisslər görünsə də, tərcümənin səviyyəsi məni qane etmirdi. Lakin Aleksandr Rotterdama gələndə onun necə gözəl oğlan və İosifin böyük dostu olduğunun şahidi oldum…Yəni demək istəyirəm ki,İosif başqa şairlərnən də dostluq edirdi. O hətta yarışma barədə danışırsa belə, bu boş şeydir, çünki o, başqalarına qarşı xeyirxahdır. Və əgər o kiminsə əməyinin müəyyən aspektini və ya şeirini və ya istənilən xüsusiyyətini qəbul etmirsə, bunu yarışma xatirinə deyil, ümumilikdə poeziya naminə edir. Onun, bütün məhşurlar kimi ,coxlu düşməni,qibtə edəni var.Aleksandra gəldikdə isə o, Rotterdamda olanda, bir şeirinin üstündə işləməyə başladım.Mən rus dilini bilmirəm,lakin İosiflə birlikdə Kuşnerin şeiri üzərində işlədikcə, şeirin mahiyyəti açılmağa başladı və bu heyrətamiz idi. Məsələ, əlbəttə, təkcə tərcümədə deyildi. Diqqətinizi yönəltmək istədiyim amil İosifin başqalarına qarşı olan səxavətidir. Bu hiss onun poeziyaya olan məhəbbətindən və bacarıqlı şairin seirə başdansovma yanaşmasına əsəbiləşməsindən qaynaqlanır. O, çox zəhmlidir. O, tez özündən çıxır və mütləqçidir, lakin bununla yanaşı futbolçunun oyun vaxtı, əsgərin müharibədə, tenisçinin kortda olduğu kimi, fiziki surətdə həyəcanlı, ehtiraslıdır. Bu əsl fizioloji ehtirasdır. Bu ömrümdə baş verən ən böyük qazancımdır, -sürgünə göndərilmiş rus şairi ilə ünsiyyət təcrübəsi. Bu insan poeziyanın içində yaşayır. Təhlükəsiz şəraitdə yaşayan ingilis şairlərin əksəriyyəti poeziyanı həyatlarında yardımçı bir şey kimi qəbul edirlər. Mən onu nəzərdə tuturam ki,onların təxəyyülü var, onlar bu işi görürlər və hər birimizin daxilində hərəkət edən kitab var… Lakin bütün varlığınla bunun içində olmaq və bundan qaçılmazlıq, – siz məni başa düşərsiniz. Və onun sələfləri də var: Axmatova, Mandelştam, Svetayeva… Və onun dostları Miloş, Zaqayevski bu səpkidən insanlardır.

Söhbətləşdi: V.Poluxina

Tərcümə: Rəfiqə Məmmədova