Sim-sim.az

“Sola dönmək qadağandır” təqdim ediləcək

Dekabrın 16-da, saat 15:00-dan 17:00-dək "Kitabevim.az" kitab mağazasında Tanınmış şair-tərcüməçi Cəlil Cavanşirin yenicə çapdan çıxmış "Sola dönmək qadağandır" esselər kitabının təqdimat mərasimi baş tutacaq.

Parafraz-ın məlumatına görə, "Xan" Nəşriyyatında işıq üzü görən kitabın naşiri və redaktoru Müşfiq Xan, korrektoru Asifə Əfəndi, texniki redaktoru BəxtiYar, dizayner-qrafisti Tamerlan İsmayılzadə, rəssamı isə Elmail Qulamidir.

Kitabın qiyməti 7 manatdır. 

Kitabın önsifariş kampaniyası da davam edir. Kampaniya çərçivəsində satışa çıxarılan kuponların qiyməti 6 manatdır.

Kuponu alan şəxslər təqdimat günü kitablarını əldə edə biləcəklər. 

Təqdimatın informasiya dəstəkçisi Parafr.az saytıdır. 

(Visited 8 times, 1 visits today)