Sim-sim.az

Təqvimdə 27 noyabr

Mirzə Kazım bəy

Şərqşünas, tarixçi və filoloq Mirzə Kazım bəy 1870-ci ilin bu günü Sankt-Peterburqda dünyasını dəyişib. O, bir sıra tarixi mövzularda kitabların məllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466-1737-ci illər aralığında tarixi haqqındadır. 1841-c ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqıda dəyərli elmi məlumatlar verir. O həmçinin, Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-ci ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848-1852-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olub. Mirzə Kazım bəy həmçinin dilçiliyə xristianlığa dair əsərlərin şərq dillərinə tərcüməsi ilə başlayıb. Sonradan fransız, alman və tatar dillərini də öyrənib. 1825-ci ildə təhsilini davam etdirmək uçün Böyük Britaniyaya, Londona dəvət olunur. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermir. Bunun əvəzində Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Kazım bəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən Kazım bəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranan "Türk dilləri" fakültəsinə rəhbər təyin olunur. 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu ildə Demidov Mükafatına layiq görüləcək "Türk-tatar dillərinin qrammatikası" adlı fundamental elmi monoqrafiyasını yazır. Qeyd edək ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri "Tatar" və ya "Türk-tatar" adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazım bəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji, sintaksis təhlil və müqayisısini aparır. Əsər 1846-cl ildə ikinic dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1921-ci ildə Jan Denin "Türk dilinin qrammatikası" (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunub.

 

Brüs Li

Döyüş sənətləri üzrə məşhur döyüş ustası və aktyoru Brüs Li 1940-cı ilin 27 noyabrında Amerikada doğulub. Brüs Linin sağ ayağı anadangəlmə qısa olub. O, yaşa dolduqca bu problem daha qabarıq nəzərə çarpırdı. Li altı yaşından başlayaraq sərt xarakterini bəlli etməyə başlayır. Övladlarının Kunq-Fu döyüş növünə olan istəyini görən ailəsi bu məşğuliyyətin həm də onun ayağındakı qüsuru aradan qaldıracağına ümid edir. O, on üç yaşında atasından Tay Çi döyüş dərsləri almağa başlayır. Küçə davalarından birində döyüləndən sonra bu idman növüylə ciddi maraqlanmağa başlayır və böyük ustad İp Manla tanış olur. Ailəsi onu Kunq-fu sənətini öyrənməsi üçün bu məşhur idman ustasının məktəbinə yazdırır. Brüs Li burada Ving Çun müdafiə sistemi üzrə təlim keçir. Onun ilk uzun metrajlı filmi Çinli prodüser Rarymond Çounun yeni qurduğu film şirkəti “Qoldan Harvest”la çəkilən filmidir. Film Honq-Konq və cənub-şərqi Asiya bölgəsində indiyə qədərki ən çox satılan film olur. Bundan sonra Asiyalıların çəkdiyi "Qəzəbin yumruğu" filmində çəkilir. Linin bu filmlərində özünə xas xüsusi stilini də görmək olurdu. Sonralar o dalbadal bir neçə filmə də çəkiləndən sonra ona "Ölüm oyunu" filmində də rol verilir. Lakin Amerikan filmlərində baş rol oynamağı çox istəyən, ancaq bunu bacara bilməyən Li, bu kinoya çəkilərkən amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi gəlir. Buna görə sənətçi "Ölüm oyunu" filmini yarıda qoyaraq, Çin və Amerikanın ortaq istehsalı olan "Əjdahanın çıxışı" filmi çəkilir. Amerika kinosunda və Uzaq Şərq filmində super ulduzla çevrilən Li "Ölüm oyunu" adlı filmini tamamlamadan vəfat edib.

 

Kürçaylı

(Visited 93 times, 1 visits today)