Sim-sim.az

Türkiyənin məşhur hekayəsi yarışması başladı

Sim-sim.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il 111 yaşı olan Sait Faiq Abasıyanıkın xatirəsinə hər il bir hekayəçiyə verilən və “Darüşşafaka Cəmiyyəti” və “İş Bankası Kültür Yayınları”nın iş birliyi ilə təşkil edilən “64-cü Sait Faiq Hekayə Ərməğanı”na müraciətlər başladı.

Yazıçılar yarışmaya göndərəcəkləri hekayə kitabından on (10) nüsxəni müraciət ərizəsi ilə birlikdə 9 mart 2018-ci il cümə günü saat 17-yə qədər Darüşşafaka Cemiyeti, Kurumsal İletişim Birimi, Darüşşafaka Cad. No:5/9 34457 Maslak / İstanbul  adresinə göndərməlidirlər.

Darüşşafaka Cəmiyyəti açıqlamasında bildirib ki, yarışmaya qatılacaq hekayə kitabları 2017-ci ildə çapdan çıxmış olmalı, əvvəl hər hansı bir mükafat almamalı və sözü gedən mükafatı əvvəlki illərdə qazanmamış olmalıdır.

Nəticələr bu ilin may ayında açıqlanacaq.

Doğan Hızlanın başqanlığında toplanan münsiflər heyəti Hilmi Yavuz, Nursel Duruel, Jalə Parla, Murat Gülsoy, Mətin Cəlal və Bəşir Özməndən ibarətdir.

 

(Visited 58 times, 1 visits today)