Sim-sim.az

“Ustad”ın 17-ci sayı işıq üzü gördü

“Hədəf” Nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın mart buraxılışı işıq üzü görüb. 
Nəşriyyatdan Parafraz-a verilən məlumata görə, sayca 17-ci buraxılışı olan dərgi bu dəfə də ənənəvi konsepsiyasına uyğun yazılarla oxucuların görüşünə gəlib.
Ədəbiyyat məsələlərinə həsr olunan yazılardan əlavə, dərgidə kino haqqında araşdırma məqalələr də yer alıb. Bunlardan Nuranə Abbasovanın, Nizami Hüseynovun, Nedim Hazarın yazılarını xüsusi qeyd etmək olar.
Aziz Kamal Hızıroğlunun A.Eynşteyn haqqında, Elçin İbrahimovun İ.Qaspıralı barədə, Xəyalə Muradın A.N.Ostrovskinin yaradıcılığı haqqında məqalələri, Rünesko Akutaqavanın “Vaqon”, Tazer Özlünün “Qar”, Viktor Pelevinin “Assasin” (davamı) hekayələri, Munster Yelena Georgevnanın Herman Hesse yaradıcılığında psixoanalizin təsirləri barəsində fikirləri, Qəndab Şirinova, Nargis, Tural Cəfərli, Taleh Eminoğludan maraqlı esselər, Salidə Şərifovanın İlqar Fəhminin “Eftanaziya” romanı üzərindən kino-roman anlayışına toxunduğu ətraflı təhlil yazısı, Xanəmir Telmanoğlunun lətifə tariximizə baxış üzərində qurulan araşdırma məqaləsi, Zərəngiz Dəmirçi Qayalı və Ülvi Bahadırdan şeirləri dərginin yeni sayından oxuya bilərsiniz.
“Ustad”ın budəfəki müsahibi rejissor Rza Rzayevdir.
Dərginin 17-ci sayını kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
(Visited 24 times, 1 visits today)