sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirilib

19/05/2019 - 18:19
A A
Facebookda paylaş

Mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirilib.

Sim-sim.az xəbər verir ki, Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev layihə haqqında məlumat verib, bu tədbirin artıq ənənəyə çevrildiyini bildirib. Akademik mükafata təqdim olunan hər bir ədəbiyyat adamının bu ada layiq olduğunu vurğulayaraq qalibləri təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Fondun aparat rəhbəri, şair Qismət Rüstəmov mükafat barədə məlumat verib. Qeyd edib ki, mükafatın hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarların keçirilməsi də planlaşdırılır. Mükafatın məbləği 1000 manatdır.

Daha sonra AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.

Sonda mükafatlar təqdim edilib. “Ədəbiyyat adamı” mükafatına yazıçılardan Şərif Ağayar, Vaqif Nəsib, Aysel Əlizadə, şair publisist Mehman Qaraxanoğlu və ədəbiyyatşünas alim Vaqif Yusifli layiq görülüblər.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az