sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Ədəbiyyat üzrə Nobel mükafatı amerikalı şair Luiza Qlüka verilib – Bioqrafiya

08/10/2020 - 21:08
A A
Facebookda paylaş

2020-ci il üzrə Nobel mükafatı yəhudi əsilli ABŞ şairi Luiza Qlükə verildi.

Sim-sim.az şairin qısa bioqrafiyasını təqdim edir.

 

Luiza Qlük 22 aprel 1943-cü ilə Nyu-Yorkda Avstrya-Macarstandan gələn yəhudi mühacir əsilli ailədə dünyaya gəlib.

Sarrı Lourens kollecini bitirib. Daha sonra Kolumbiya universitetində oxuyub, lakin təhsilini tam başa vurmadan universiteti yarımçıq qoyub.

Qlük 1968-ci ildə Amerika Şairlər Akademiyası mükafatına, 1985-ci ildə tənqidçilər cəmiyyətinin Milli Kitab mükafatına, 1993-cü ildə “Pulitzer” mükafatına, 2001-ci ildə “Bollingen” Mükafatına layiq görülüb. 2003-2004-cü illərdə isə “ABŞ şairi” adına layiq görülüb. 2014-cü ildən Amerika Fəlsəfi Cəmiyyətinin üzvüdür.

Luiza şeir haqqında bunları deyir:

“Dünya bizsiz bütünləşir. Bu dözülməz həqiqətdir! Şair üsyanla cavab verərək əksini sübut etmək istəyir. Şair xroniki həqiqət mübahisəsi içində yaşayır və nəticədə ortaya yeni sürpriz çıxır: dözülməzliyin ziddiyyətli bir parçasında yeni bir həqiqətin yaranması…

Qeyd edək ki, şairin seçilmiş əsərləri Türkiyədə nəşr olunub. Azərbaycanda isə Qlükün bir neçə şeiri Səməd Qaraçöpün tərcüməsində 2004-cü ildə “Xəzər” jurnalında çap edilib.

Şairə “Axillesin qələbəsi”, “Vəhşi İris”, “Çəmənlik”, “Həyatın yeddi yaşı”, “Kənd həyatı”, “Oktyabr”, “Averno” kitablarının müəllifidir. /kulis.az/

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az