sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Əlibala. “Susmaq istəyir, yorulmuş şüur…”

21/06/2022 - 12:00
A A
Facebookda paylaş

Sim-sim.az  Yaradıcılıq Fakültəsinin tələbəsi Əlibalanın yeni şeirlərini təqdim edir. 

 

XATIRLAMAQ

 

(Ağ pambıqlar yanında

bir vedrə ağ süd.

Keçmişimi sonuncu dəfə xəyal et)

 

Ruhumun südlü dodaqları xatırladan

təmiz hissəsini,

hər şeyi

bir kənara buraxıb,

üzüntüylə izləyə bilərsən

dodaqlarının üstünə çəkdiyin

qırmızı yarpaqları,

qədim daşlar üzərindəki marağını unudaraq…

 

Ruhumda Allahı izləyə bilərsən,

ən müqəddəs ümidləri sezə bilərsən orada

havasında pambıqlar uçuşan yerləri xəyal edərək…

Necə məhv olduğunu görə bilərsən onların.

 

Dondurma qabı içində toyuq sümükləri kimi….

 

Məni özündə məhv edən

çirkablar dünyasına gedərkən

kaş bir az müqəddəs ətir götürə bilsəydim özümə,

gülə bilsəydim kaş,

(günahlardan qurtulmağın) çətin olduğunu bilsəm də.

Dişinə bərk, sarı küncüt yapışmış adamlar kimi…

 

AXINLAR

 

Qürubun zəif qaranlığında

sən çatışmayan rənglər, görüntülər hiss edirdin.

Bir siqaret alışqanının parıldayan dəmiri tək

iddiasız, məyus hiss edirdin özünü.

Yumşaq qaranlığın içində sapsarı qarğıdalı çatışmırdı,

sapsarı – bişmiş.

Və çaxır rəngli dodaqlar….

Hər şey o qədər müqəddəs idi ki, xəfifcə əsən külək

yumaq üçün sərxoşluq tapa bilmirdi, özünə.

Götürüb aparması üçün çirkinlik yox idi.

 

***

 

Bir itin qapqara burnu peyda olur gözümün önündə

(qüssənin zülməti gözlərimə yığılır)

mənsə paltarımın içində bədənimi hiss etmirəm.

Üstündə kirpi şəkli olan, içiboş – sarı qabları görürəm.

Və elə bil kimsə yaxında

çənəsinin sağ tərəfiylə

bir buzu qırmağa çalışır.

Susmaq istəyir, yorulmuş şüur…

Mənə elə gəlir ki, sonuncu dəfə gülümsəyəcəm

qapını açanda

əli kremə batmış halda yuxulamış qadını görərkən

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az