sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Əlilliyi olan şəxslər üçün moda günü keçiriləcək – Azərbaycanda ilk

07/06/2021 - 09:52
A A
Facebookda paylaş

Azərbaycanda ilk dəfə əlilliyi olan şəxslər üçün moda günü keçiriləcək. 

Kekalove Adaptive startapının təşkilatçılığı, ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi və Fairmont Baku otelinin ev sahibliyi ilə regionda ilk dəfə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı keçirilicək.

Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını – adaptiv geyimləri nümayiş etdirməkdir. Şounun ardınca əlilliyi olan şəxslərin əsas problemlərini işıqlandırmaq və vacib məsələlər barəsində dialoqu gücləndirmək məqsədilə bir neçə panel müzakirələri keçiriləcək. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi John Hussay də çıxış edəcək.

Online fashion şounun çəkilişləri iyunun 6-sı saat 10:30-da Fairmont Baku otelində baş tutacaq. Media nümayəndələrindən iyunun 6-da tədbiri işıqlandırmaq məqsədilə çəkilişlərdə iştirak etmələri xahiş olunur. Fashion show xüsusi karantin rejimi səbəbindən iyun ayının 12 saat 18-00-da sosial şəbəkələr vasitəsilə canlı yayımda ictimaiyyətə təqdim olunacaq.

Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin beynəlxalq qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur. Bu fashion şou startapın bu qəbildən sayca ilk tədbiridir. /525.az/

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az