sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Kamal Abdulla – Hər şey təzədən… – VİDEO

26/07/2020 - 16:15
A A
Facebookda paylaş

Xalq artistləri Həsənağa Turabov və Mehriban Zəki 1998-ci ildə Xalq yazıçısı Kamal Abdullanın “Hər şey təzədən” şeirini ifa ediblər.

Nadir görüntülər Mehriban Zəkinin arxivindən “Yutub”a yeni yüklənib.

Sim-sim.az həmin kadrı təqdim edir.

 

HƏR ŞEY TƏZƏDƏN

Nələr arzuladıq, nələr qazandıq,

Hələ nələri də itirəcəyik.

Yollara sarılıb biz də uzandıq,

Yollar şahə qalxıb göyə dirəndi.

 

Hələ nələri də itirəcəyik,

Gözündən görürəm bu dost itəcək.

Yalın ayağıma batmaq istəyib,

Yolun ortasında tikan bitəcək.

 

Ən gümanlı yerə güman dalıyca –

Dənizə su üçün, göyə su üçün!

Səninki bildiyin müqəddəs, uca

Ətəyi namazlı bir arzu üçün…

 

Bu arzu dalıyca yüyürən zaman

Qəfildən bu gözəl nağıl bitəcək.

Tikanı hərlənən iz – dəmirdaban,

İzindən bilirəm bu dost itəcək.

 

Hələ nələri də itirəcəyik,

Bu dərs olmayacaq yenə də bizə.

İtmişə əvəz də gətirəcəyik –

Yenə çiyin-çiynə, yenə diz-dizə…

Hər şey təzədən?…

Hər şey təzədən!…

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az