sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: 20 il qabaqkı mükafat yenidən təqdim olundu
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > 20 il qabaqkı mükafat yenidən təqdim olundu

20 il qabaqkı mükafat yenidən təqdim olundu

Published 02/11/2021
Paylaş

30-31 oktyabr tarixlərində Azərbaycan Nəşriyyatları İctimai Birliyi (ANİB) tərəfindən Sumqayıt şəhərində keçirilən və anşlaqla qarşılanan “I Sumqayıt Kitab Sərgisi” ANİB-2021 tədbirində sonuncu dəfə 20 il öncə verilən “Daş Kitabə” mükafatı yenidən təqdim olunub.

Senet.az ANİB-ə istinadən xəbər verir ki, mükafat həm ANİB üzvlərinin, həm də sosial şəbəkə vasitəsilə keçirilən sorğuda istifadəçilərin ümumi rəyi əsasında Sumqayıt və Bakı şəhərində yerləşən “Xan xəzinəsi” bukinistinin rəhbəri, uzun illərin kitabçısı Xan Rəsuloğluna verilib.

İlk və sonuncu dəfə bu mükafatı “Altun Kitab” Nəşriyyatının direktoru Rafiq İsmayılovun təşəbbüsüilə 2001-ci ildə “Tutu” uşaq nəşriyyatının rəhbəri Tərlan Qorçu alıb. “Daş Kitabə” ikinci dəfə iyirmi il sonra ANİB İdarə Heyətinin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin təşəbbüsü ilə təqdim olunub.

Qeyd edək ki, “Daş Kitabə” mükafatı kitabçılıqda fədakar fəaliyyətə görə nəşriyyat və ümumilikdə kitab sahəsində çalışan insanlara verilir.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?