sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16/11/2020 - 12:19
A A
Facebookda paylaş

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qədim şəhəri olan Şuşa barədə Dövlət Tərcümə Mərkəzinin hazırladığı “Şuşa həqiqətləri” videoçarxı haqqında məqalə yazıb.

 

 

AZƏRTAC xəbər verir ki, “Şuşa həqiqətləri: Azərbaycan ermənilərin Qarabağda törətdikləri vəhşilikləri sənədləşdirir” sərlövhəli məqalədə Şuşanın tarixindən, Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdiyi vəhşiliklərdən ətraflı bəhs edilir. Qeyd olunur ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayımlanacaq material xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib. Hazırda Azərbaycanın Misirdəki səfirliyi bu videoçarxı qəzetlərdə, informasiya portalları və televiziya kanallarında yayır.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az