sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Qızıl Qlobus” Film Mükafatları açıqlanıb
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > kino & teatr > “Qızıl Qlobus” Film Mükafatları açıqlanıb

“Qızıl Qlobus” Film Mükafatları açıqlanıb

Published 01/03/2021
Paylaş
news-inner

Dünyanın nüfuzlu film mükafatlarından olan “Qızıl Qlobus” Film Mükafatları açıqlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Hollivud Xarici Media Birliyi tərəfindən müəyyənləşdirilən film və televiziya aləminin ən yaxşıları, epidemiya səbəbilə tarixdə ilk dəfə onlayn keçirilən 78-ci “Qızıl Qlobus” Film Mükafatı sahiblərinə təqdim olundu.

“Ən yaxşı dramatik film” nominasiyasında Xloui Çjaonun “Köçərilər torpağı” filmi qalib olub. “Birləşmiş Ştatlar Billi Holideyə qarşı” filmindəki roluna görə Andra Dey “Dram üzrə ən yaxşı qadın rolu” nominasiyasında fərqlənib.

“Dram üzrə ən yaxşı kişi rolu” nominasiyasında isə ölümündən sonra aktyor Çedvik Bouzman seçilib. Ceyson Uolinerin “Borat 2” ekran işi “Ən yaxşı komediya” nominasiyasında qalib olub. “Qızıl Qlobus”un fikrincə, ötən ilin ən yaxşı ssenarisi Aaron Sorkinin “Çikaqo yeddiliyinin məhkəməsi” işinə görə olub.

“Ən yaxşı mini serial” nominasiyasında “Kraliçanın gedişi”, “Ən yaxşı dramatik serial” nominasiyasında “Tac”, “Ən yaxşı komediya serialı” nominasiyasında “Şitts Krik” serialları seçilib.

İkinci plan roluna görə Deniel Kaluya və Cudi Foster fərqləniblər. Xarici dildə ən yaxşı film Amerika rejissoru Li Ayzek Çunun “Minari” , ən yaxşı animaisya isə “Ruh” filmləri olub.

“Qızıl Qlobus” 1944-cü ildən başlayaraq hər il, 20-dən çox kateqoriyada təqdim olunur. Kino dünyasında nüfuzlu mükafatlardan hesab edilir.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?