sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Azərbaycan 34-cü Beynəlxalq Kitab Yarmarkasında iştirak edir

25/09/2021 - 10:05
A A
Facebookda paylaş

 

 

 

Moskvada, “Expo Center” Mərkəzi Sərgi Kompleksində 34-cü Beynəlxalq Kitab Yarmarkası açılıb.

Yarmarkada Azərbaycan stendi də yer alıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Maarifli AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Rusiya paytaxtının sakinlərinə və qonaqlarına ölkəmizdə yeni nəşr edilmiş kitablar təqdim olunur.

“Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Hazırda dahi Nizaminin həyat və yaradıcılığının təbliği sahəsində geniş işlər görülür. Yarmarkada Azərbaycan mədəniyyəti və tarixindən, eləcə də Qarabağ həqiqətlərindən bəhs edən kitablar, dahi Nizaminin əsərləri sərgilənir”, – deyə A.Maarifli bildirib.

Yarmarkada 200-dən çox nəşriyyat evi öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində 300-dən artıq müxtəlif tədbirlərin – ustad dərsləri, diskussiyalar, tanınmış yazıçılarla görüşlərin keçirilməsi planlaşdırılır.

Yarmarka sentyabrın 27-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az