sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Jalə İsmayılın yeni monoqrafiyası çap olunub

09/06/2022 - 16:50
A A
Facebookda paylaş

Azərbaycan-Rumıniya əlaqələrinin tarixinə dair daha bir kitab işıq üzü görüb. Tarix üzrə fəlsəfə doktoru Jalə İsmayılın “Azərbaycan-Rumıniya mədəni əlaqələri” adlı monoqrafiyasında iki ölkə arasında mövcud olan mədəni əlaqələrin tarixi araşdırılıb, əlaqələrin xarakteri təhlil olunub. Kitabda, həmçinin, mədəni əlaqələrin yaranmasında iştirak etmiş şəxsiyyətlərin fəaliyyətinə, prosesə təkan verən ictimai-siyasi hadisələrə də yer verilib.
“Azərbaycan-Rumıniya mədəni əlaqələri” monoqrafiyası “SimSim” nəşriyyatında nəşr olunub.
Jalə İsmayıl Bakı Dövlət Universitetinin məzunudur. AMEA Ədəbiyyat İnstitutunda və Babeş-Bolyay Universitetində (Kluj-Napoka, Rumıniya) doktorantura təhsili alıb. “XX əsr rumın ədəbiyyatının inkişaf meyilləri” (2012) və “Azərbaycan – Rumıniya mədəni əlaqələri” (2016) adlı monoqrafiyaların, rumın ədəbiyyatı, qaqauz ədəbiyyatı, Azərbaycan-Rumıniya mədəni əlaqələrinə dair onlarla məqalənin müəllifidir. Rumın ədəbiyyatından tərcümə etdiyi mətnlər onlayn mediada və dövri mətbuatda yayımlanmaqdadır.
“Heykəlin içindəki hekayələr” hekayə (2010), “Birnəfəsə” şeir (2015), “Oynamaq istəyən varmı?” pyes (2021) kitabları, həmçinin, 2020-ci ildə Rumıniyada “România-Azerbaidjan: două culturi, infinite oportunități” adlı monoqrafiyası nəşr olunub.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az