27 iyun 2022-ci ildə Azərbaycan Yaradıcılıq Fondunda tanınmış Musiqişünas, Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi. Əməkdar incəsənət xadimi, pedaqoq, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professor, Zemfira Qafarova-Haqverdiyeva ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun birinci müavini, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Kaşanlı açmış, Zemfira Qafarovanın həyat və yaradıcılığından məlumat vermişdir.
Zemfira Qafarova-Haqverdiyeva öz növbəsində gördüyü işlərlə bağlı danışmış, gələcək planları barədə tədbir iştirakçıları ilə fikirlərini bölüşmüşdür. Tədbir iştirakçıların xahişilə pianoda bir neçə musiqi ifa etmişdir.
Tədbirdə iştirak edənlər, kulturoloq, tarix elmləri doktoru Fuad Məmmədov. Bəstəkar, azərbaycan respublikasının xalq artisti Azər Dadaşov, Əməkdar jurnalist Əlirza Balayev, Zemfira Qafarova-Haqverdiyevanın yartadıcılığından, mükəmməl nümunəvi pedaqoq olduğundan danışmışlar. Zemfira Qafarova-Haqverdiyeva tədbir iştirakçılarının suallarına cavab vermişdir.
Sonda Zemfira Qafarova-Haqverdiyeva Azərbaycan Yaradıcılıq Fondunun rəhbərliyinə ona göstərilən diqqətə görə dərin minnətdarlığını bildirmişdir.