2 dekabr 2023 – cü ildə Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən “İntellektuallar klubu”nda, intellektuallar klubunun üzvü, Şuşa teatrının aktyoru, rejissoru, şair , azərbaycan respublikasının əməkdar artisti Nazir Rüstəmovun yaradıcılıq axşamı keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun birinci müavini, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Kaşanlı açmış, Nazir Rüstəmovun həyat və yaradıcılığından qısa məlumat vermişdir.
Nazir Rüstəmov da öz növbəsində, həyat və yaradıcılıqından geniş məlumat vermişdir. Həmçinin rol aldığı, özü quruluş verdiyi tamaşalarda və çəkildiyi filmlərdə səhnə, kadr arxasında baş vermiş maraqlı hadisələrdən danışmış, şeirlərindən oxumuşdur.
Yaradıcılıq axşamına gələn tədbir iştirakçılarından , İntellektuallar klubunun üzvləri musiqiçi İbrahim İmaməliyev, şairə Alina Talıbova, əməkdar mədəniyyət işçisi Cimnaz Əliyeva və başqaları maraqlı çıxışlar etmiş, Nazir müəllimə gələcək şəxsi həyatında sabitlik, yaradıcılıq işlərində müvəffəqiyyətlər arzu etmişdirlər.
Sonda Nazir Rüstəmov ona göstərilən diqqətə görə, intellektuallar klubunun üzvlərinə, azərbaycan yaradıcılıq fondunun rəhbərliyinə hədsiz minnətdarlıqını bildirmiş, klubun üzvləri ilə xatirə şəkilləri çəkdirmişdir.