sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

ADA Universitetində şeir gecəsi keçirilib

17/06/2021 - 11:30
A A
Facebookda paylaş

İyunun 15-də ADA Universitetinin parkında “Ədəbiyyat bu gün və onun milli dirçəlişdəki rolu” mövzusunda şeir gecəsi keçirilib.

525.az xəbər verir ki, gecə ADA Universitetinin və Baku Book Center-in birgə təşkilatçılığı ilə reallaşıb.

Baku Book Center-in direktoru Günel Anarqızı və ADA Universitetinin  icraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən görüşün qonaqları Xalq yazıçısı Anar və Xalq şairi Sabir Rüstəmxanlı oldu.

Milli Qurtuluş günündə keçirilən gecədə ADA Universitetinin rəhbərliyi, tələbələr və məzunlar, dövlət və özəl qurumların təmsilçiləri, eləcə də  Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak etdilər.

ADA Universitetinin rektoru Hafiz Paşayev bu cür tədbirlərin tələbələrin mənəvi inkişafının gücləndirilməsinə öz töhfəsini verdiyini və ənənəvi olmasının vacibliyini söylədi.

Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyətinin formalaşmasında rolunu vurğulayan Anar və Sabir Rüstəmxanlı qeyd etdilər ki, insanlar bütün zamanlarda azadlıq düşüncələrini sözlə ifadə edib və məhz ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub.

44 günlük Vətən müharibəsinə, Qarabağ mövzusuna toxunarkən, qonaqlar bu mövzunun Azərbaycan ədəbiyyatının, söz-sənət adamlarının daim izlədiyi məsələ olduğunu vurğuladılar.

Qonaqlar qeyd etdilər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqının özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Sonra tədbir ədəbi hissə ilə davam etdi. Gecədə ADA Universitetinin tələbələri Azərbaycan, ingilis və rus dilində yazdıqları və Vətənə həsr etdiyi şeirlərini söylədilər.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az