sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: ADU-da dünya şöhrətli yazıçı ilə görüş keçirildi
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Kamal Abdulla - 70 > ADU-da dünya şöhrətli yazıçı ilə görüş keçirildi

ADU-da dünya şöhrətli yazıçı ilə görüş keçirildi

Published 12/04/2022
Paylaş

Dünya şöhrətli Norveç yazıçısı Anre Svingen ilə görüş keçirilib.

Sim-sim.az xəbər verir ki, görüşdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla, şair, esseist, Sim-sim.az ədəbiyyat saytının baş redaktoru Qismət Rüstəmov, yazıçı, Yaradıcılıq fakültəsinin dekanı Mübariz Örən və fakültənin tələbələri iştirak ediblər.

Kamal Abdulla və Anre Svingenin fakültə tələbələri ilə mifologiya dərsi formatında keçirdiyi görüşdə Azərbaycan və Norveç ədəbiyyatında mifoloji obrazların, onların ədəbiyyata təsiri haqqında müqayisəli söhbəti olub.

Universitetin rektoru “Kitabi Dədə Qorqud” dastanı və dastandakı mifoloji hadisələr, dastanın Azərbaycan dilinə təsiri haqqında məlumat verib.

Anre Svingen öz növbəsində “Kitabi Dədə Qorqud” dastanını yüksək qiymətləndirərək öz ölkəsinin ədəbiyyatı və ədəbi tarixi, mifologiyası haqqında məlumat verib. Norveç və Azərbaycan ədəbiyyatının bir-birindən bəhrələnməsinin vacibliyi vurğulanıb.

Görüş tələbələrin sualları ilə davam edib.

Sonda rektor Anre Svingenə “Kitabi Dədə Qorqud” və Azərbaycan haqqında kitablar hədiyyə edib.

Görüş iştirakçıları xatirə şəkili çəkdirib.

Xatırladaq ki, Arne Svingen Azərbaycana “Sınmış burunun nəğməsi” adlı kitabının təqdimatı üçün gəlib.

Səttar Temuçin

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?