Azərbaycan Dillər Universiteti (ADU) 2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsili üzrə tələbə qəbulu elan edir. Universitetdən verilən məlumata görə, qəbul ali təhsil ocağında mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə aparılır. Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti avqustun 17-dək uzadılıb.
Tələb olunan sənədlər:
rektorun adına ərizə;
diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
şəxsiyyət vəsiqəsinin surəti;
3×4 sm ölçüdə 3 ədəd fotoşəkil;
sağlamlıq haqqında arayış;
əmək kitabçasının surəti.
Sənədlər 2020-ci il iyun ayının 1-dən avqust ayının 17-dək
(istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul edilir.
Diqqət: Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.
Ünvan: ADU-nun 3 saylı tədris binası
Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308
Tel.: (012) 564 22 48; (055) 302 88 57
Email: [email protected]
Sayt: www.adu.edu.az