sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub

Facebookda paylaş

Azərbaycan Dillər Universitetinin Beynəlxalq nünasibətlər və regionşünaslıq fakültəsinin almanşünaslıq üzrə tələbəsi Elvin Bayramov Vətən Müharibəsində şəhid olub.

Universitetin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın təşəbbüsü ilə Elvin Bayramovun xatirəsinə həsr olunan “Qısa ömrün əbədi dastanı” adlı kitab çap olunub.

Kitab Elvin Bayramovun müəllimlərinin, tələbələrin, şəhidin ailə üzvləri və dostlarının yazılarından ibarətdir.

Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva bildirib ki, onlayn təşkil olunan “dəyirmi masa”da kitabın  təqdimatı keçirilib.

Nəşrdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli, Regionşünaslıq kafedrasının müəllimləri – Sevdagül Əliyeva, Səbinə Muradova, Aygün Soltanzadə, Beynəlxalq münasibətlər kafedrasının müəllimləri – Samirə İmanova, Əli Mustafayev, Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimləri Şəfəq Abdullayeva, Leyla Hacıyeva, Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Nigar Rəcəbova, fakültənin tyutoru Mehriban Qurbanova və başqalarının yazıları yer alıb.

 

 

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az