sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

ADU – Yazı müsabiqəsi

Facebookda paylaş

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) “Abituriyentlərlə İş Departamenti” yazı müsabiqəsi elan edir.

Müsabiqə Azərbaycan Dillər Universiteti haqda abituriyentlərin daha dolğun şəkildə məlumatlanması məqsədilə keçirilir.

Müsabiqəyə abituriyentlər Azərbaycan Dillər Universitetində baş tutan uğurlu layihələr, beynəlxalq əlaqələr, mərkəzlər, xaricdə təhsil proqramları, tədris olunan dillər, fakültələr, ixtisaslar, ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi, o cümlədən tələbə həyatı və fəxri məzunlarla bağlı ümumiləşdirilmiş  araşdırma yazılar təqdim edə bilərlər.

Ən yaxşı araşdırma yazılar ADU THİK tərəfindən mükafatlandırılacaq.

Mükafatlar:

I yer – notbuk, diplom

II yer – planşet, diplom

III yer – mobil telefon, diplom

IV-X yerlərin sahiblərinə müxtəlif hədiyyələr və TƏŞƏKKÜRNAMƏ təqdim ediləcək.

Yazılar “Word” formatda “Times new roman” şrifti ilə 14 ölçüdə yazılmalıdır. Yazının həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır.

Müsabiqədə ölkə üzrə bütün ümumtəhsil müəssisələrində təhsil alan 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Yazılar 31 may 2020-ci il tarixinədək musabiqe.adu.thik@gmail.com ünvanına göndərilməlidir.

Qaliblərin iyul ayının ilk həftəsində mükafatlandırılması planlaşdırılır.

Qeyd: Yazının müəllifi haqqında məlumat (təhsil aldığı müəssisə, sinif, əlaqə nömrəsi) qeyd edilməlidir.

Əlaqə: 0502145250

 

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az