sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Ağca və Cuppulu” Cənubi Koreyada
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > “Ağca və Cuppulu” Cənubi Koreyada

“Ağca və Cuppulu” Cənubi Koreyada

Published 15/07/2021
Paylaş

 

Uşaq yazıçısı Sevinc Nuruqızının “Ağca və Cuppulu” hekayəsi Cənubi Koreya Respublikasında Azərbaycan, koreya və ingilis dillərində işıq üzü görüb.

Kulis.azxəbər verir ki, kitab Cənubi Koreyadakı Asiya Mədəniyyət Mərkəzinin “Asiya ölkələrinin şəkilli kitab layihəsi” çərçivəsində nəşr edilib.

Kitabda cəbhə bölgəsində yaşayan Sürəyya, onun gəlinciyi Cuppulu və sevimli göyərçini Ağcanın dostluğundan bəhs olunur.

Tərcüməçisi Jehong Hee Lee olan kitab hekayənin baş qəhrəmanı Sürəyyanın şərəfinə “Sürəyyanın izində” adlandırılıb. Müharibə gedən bölgələrdə yaşayan azərbaycanlı uşaqların çətin həyatından bəhs edən kitab “Uşaqlar, gəlinciklər və göyərçinlər sülh istəyir” başlığı ilə nəşr edilib.

Kitabın çapa hazırlandığı dövrdə nəşrin rəssamı Vho Hee Cho Azərbaycanda yaradıcılıq səfərində olub, yazıçı Sevinc Nuruqızı isə Asiya Mədəniyyət Mərkəzinin dəvəti ilə Cənubi Koreyanın Kvanju şəhərində keçirilən vorkshoplarda iştirak edib.

Onu da qeyd edək ki, müəllifin eyniadlı hekayəsi ölkəmizdə də Azərbaycan, rus və ingilis dillərində nəşr olunub.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?