sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Akademik Həmid Araslı və Azərbaycan Nizamişünaslığı – Zəhra Allahverdiyeva

19/01/2021 - 13:23
A A
Facebookda paylaş

Azər­bay­ca­nın gör­kəm­li ali­mi, klas­sik ədə­biy­ya­tı­mı­zın yo­rul­maz təd­qi­qat­çı­sı və na­şi­ri aka­de­mik Hə­mid Aras­lı­nın əvəz­siz xid­mət­lə­rin­dən bi­ri də onun XX əsr Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­nın in­ki­şa­fı­na ver­di­yi qiy­mət­li el­mi töh­fə­lər­dir.

Hə­mid Aras­lı­nın ilk gənc­lik döv­rü XX əs­rin 30-cu il­lə­ri­nə, yə­ni Azər­bay­can­da to­ta­li­tar so­vet re­ji­mi­nin ağır ke­çid mər­hə­lə­si­nə tə­sa­düf edir. Mə­lum­dur ki, 30-cu il­lə­rin so­nu­na doğ­ru dəh­şət­li rep­res­si­ya ma­şı­nı bir çox zi­ya­lı­la­rı, ədə­biy­yat xa­dim­lə­ri­ni küt­lə­vi tə­qib və məh­və mə­ruz qoy­du­ğu bir dövr­də, sağ qal­ma­ğa ma­cal ta­pan­lar Azər­bay­can xal­qı­nın mə­də­niy­yət və ədə­biy­ya­tı­nı ya­şat­dı­lar, təd­qiq və təb­liğ edə­rək, gə­lə­cək nə­sil­lə­rə ər­mə­ğan et­di­lər. O ağır 1937-39-cu il­lər­də bö­yük Azər­bay­can şai­ri Ni­za­mi Gən­cə­vi ir­si­nin öy­rə­nil­mə­si və təb­li­ği işi ədə­bi ic­ti­ma­iy­yə­tin qar­şı­sın­da du­ran əsas və­zi­fə­lər­dən bi­ri idi.

Hə­lə gənc yaş­la­rın­dan klas­sik Azər­bay­can poe­zi­ya­sı­nın vur­ğu­nu olan, xalq ədə­biy­ya­tı­nın in­cə­lik­lə­ri­ni də­rin­dən öy­rə­nən Hə­mid Aras­lı o ağır il­lər­də Ni­za­mi Gən­cə­vi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı, təd­qiq və təb­li­ği işin­də mü­hüm iş­lər gör­müş, öz fəa­liy­yə­ti ilə Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­nın tə­şək­kül və in­ki­şa­fın­da əhə­miyy­yət­li rol oy­na­mış­dır.

Xa­tır­la­daq ki, XX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can ədə­biy­ya­tı­nın fars­dil­li nü­ma­yən­də­lə­ri­nə mü­na­si­bət də bir­mə­na­lı de­yil­di. Hə­lə o döv­rə qə­dər Av­ro­pa el­mi xə­bər­siz idi ki, X-XI əsr­lər­dən baş­la­ya­raq, Şərq xalq­la­rı­nın mə­də­ni in­ki­şaf ta­ri­xin­də müs­təs­na ro­lu olan fars­dil­li ədə­biy­yat tək­cə iran­lı­la­ra məx­sus de­yil­dir. O həm də di­gər müx­tə­lif si­vil xalq­la­rın mü­hüm iş­ti­ra­kı və fəa­liy­yə­ti ilə ya­ra­dıl­mış müş­tə­rək mə­də­ni sər­vət­dir və Ni­za­mi ya­ra­dı­cı­lı­ğı yük­sək sə­viy­yə­yə qalx­mış türk-Azər­bay­can mə­də­niy­yə­ti­nin zir­və gös­tə­ri­ci­si­dir. Be­lə bir za­man­da yal­nız Azər­bay­can ni­za­mi­şü­nas­la­rı­nın ağır zəh­mə­ti, sə­yi nə­ti­cə­sin­də hə­qi­qət dün­ya­ya yol aç­dı; Ni­za­mi şəx­siy­yə­ti­nin ye­tiş­mə­sin­də mü­hüm rol oy­na­mış mil­li-mə­də­ni zə­min təd­qi­qa­ta cəlb olun­du. H.Aras­lı Ni­za­mi ya­ra­dı­cı­lı­ğı­nın Azər­bay­can xal­qı­nın mil­li mə­də­niy­yə­ti zə­mi­nin­də for­ma­laş­dı­ğı­nı araş­dı­ra­raq ya­zır­dı: “…Ni­za­mi­nin əsas qüv­vət və qüd­rət mən­bə­yi şərq­şü­nas­lar üçün bu gü­nə qə­dər məc­hul ola­raq qal­mış­dır. Hət­ta şai­rin əsər­lə­ri­nə şərh ya­zan alim­lər be­lə onun əsas qüd­rət və qüv­vət mən­bə­yi olan oza­man­kı Azər­bay­can mə­də­niy­yə­ti ilə, onun adət və ənə­nə­lə­ri ilə ya­xın­dan ta­nış ol­ma­dıq­la­rın­dan, şai­rin ay­rı-ay­rı ifa­də və təş­bih­lə­ri­ni, iş­lət­di­yi söz­lə­rin mə­na­sı­nı be­lə doğ­ru, düz­gün izah edə bil­mə­miş­lər” [1, s.9].

H.Aras­lı­nın “Ni­za­mi və ya­ra­dı­cı­lı­ğı” (“Ədə­biy­yat” qə­ze­ti, 1939, 24 fev­ral), “Ni­za­mi və qa­dın ob­raz­la­rı” (“Azər­bay­can qa­dı­nı”, 1939, №10), “Ya­xın Şərq ədə­biy­ya­tın­da “Ley­li və Məc­nun” möv­zu­su” (“Ni­za­mi Gən­cə­vi” al­ma­na­xı, I ki­tab, Ba­kı, 1940), “Şai­rin hə­ya­tı” (Ba­kı, 1940), “Ni­za­mi­nin müa­sir­lə­ri” (Ba­kı, 1940), “Ni­za­mi əsər­lə­ri­nin el va­ri­ant­la­rı” (Ba­kı, 1941), “Ni­za­mi Gən­cə­vi” (Ba­kı, 1941), “Yed­di gö­zəl” və “Yed­di cam” əsər­lə­ri­nin mü­qa­yi­sə­si haq­qın­da. (“Ni­za­mi” al­ma­na­xı, III ki­tab, Ba­kı, 1941), “Ni­za­mi və və­tən” (Ba­kı, 1942), “Ni­za­mi. Hə­yat və ya­ra­dı­cı­lı­ğı” (Azər­bay­can” jur­na­lı, 1946, №10), “Ni­za­mi­nin Azər­bay­can müa­qib­lə­ri” (“Ni­za­mi Gən­cə­vi” (Mə­qa­lə­lər məc­muə­si), IV ki­tab, Ba­kı, 1947), “Ni­za­mi və Azər­bay­can xalq ədə­biy­ya­tı” (“Ni­za­mi Gən­cə­vi” (Mə­qa­lə­lər məc­muə­si), IV ki­tab, Ba­kı, 1947), “Ni­za­mi Gən­cə­vi” (Ba­kı, 1947) və sa­ir ki­tab və mə­qa­lə­lə­rin­də Ni­za­mi Gən­cə­vi­nin döv­rü, ədə­bi mü­hi­ti, hə­ya­tı və şəx­siy­yə­ti təd­qi­qat ob­yek­ti­nə çev­ril­di.

XII əsr Azər­bay­can ədə­bi-mə­də­ni mü­hi­ti­nin, Ni­za­mi müa­sir­lə­ri­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­nın öy­rə­nil­mə­si, qə­dim Azər­bay­can əra­zi­lə­ri­nə da­ir ta­ri­xi mən­bə­lə­rin təd­qi­qi və sa­ir mə­sə­lə­lər bu araş­dır­ma­la­rın əsas məq­sə­di­ni təş­kil edir­di.

Hə­mid Aras­lı­nın “Şai­rin hə­ya­tı” (Ba­kı, 1940) ki­ta­bı Ni­za­mi Gən­cə­vi­nin hə­ya­tı ilə bağ­lı mə­sə­lə­lə­ri əha­tə edən, o cüm­lə­dən bir çox ta­ri­xi fakt­la­rı özün­də əks et­di­rən, bə­dii-pub­li­sist dil­də ya­zıl­mış ma­raq­lı bir iş­dir. Ni­za­mi­nin tər­cü­me­yi-ha­lı, onun döv­rü, ədə­bi mü­hi­ti, ya­ra­dı­cı­lı­ğı haq­qın­da ge­niş oxu­cu küt­lə­si ara­sın­da olan mə­lu­mat az­lı­ğı ali­mi be­lə bir oxu­naq­lı əsə­ri yaz­ma­ğa va­dar et­miş­di. Hə­mid Aras­lı bu əsə­rin­də şai­rin müa­sir­lə­ri haq­qın­da da ge­niş mə­lu­mat ve­rir, ha­be­lə Ni­za­mi əsər­lə­ri­nin qı­sa məz­mu­nu­nu bə­dii-pub­li­sis­tik bir dil ilə o döv­rün oxu­cu­su­na çat­dı­rır. Bu əsər­də Ni­za­mi­nin tər­cü­me­yi-ha­lı­na da­ir bir çox mə­lu­mat­lar, uşaq­lı­ğı, Gən­cə­də baş ver­miş zəl­zə­lə tə­si­re­di­ci ştrix­lər­lə ve­ril­miş­dir. Be­lə ki, şai­rin hə­ya­tı ilə bağ­lı bir çox mə­qam­lar ömür­lük yad­daş­la­ra kö­çü­rül­müş­dür.

Hə­mid Aras­lı Ni­za­mi Gən­cə­vi döv­rü­nü və ədə­bi mü­hi­ti­ni ta­ri­xi mən­bə­lər əsa­sın­da diq­qət­lə öy­rən­miş, həm­çi­nin şai­rin özü­nün əsər­lə­rin­də hə­ya­tı haq­qın­da ver­di­yi mə­lu­mat­lar­dan fay­da­lan­mış­dır. Alim öz im­kan­la­rı­nı küt­lə­vi təb­li­ğat yo­lun­da sı­na­dı və nə­ti­cə­də Ni­za­mi­nin hə­ya­tı və döv­rü­nü ma­raq­lı bir üs­lub­da işıq­lan­dır­ma­ğa na­il ol­du.

Gör­kəm­li alim Ni­za­mi döv­rü­nü və ədə­bi mü­hi­ti­ni araş­dı­rar­kən, şai­rin müa­sir­lə­ri­nin bu ədə­bi kon­tekst­də ro­lu, XII əsr­dən baş­la­ya­raq ya­ran­mış Ni­za­mi ənə­nə­lə­ri­nin bu re­gi­on­da tə­si­ri­nin öy­rə­nil­mə­si və sa­ir mə­sə­lə­lə­ri əha­tə et­mə­li olur. Onun 1940-cı il­də nəşr etdirdi­yi “Ni­za­mi­nin müa­sir­lə­ri” ki­ta­bı­na qüd­rət­li sə­nət­kar­la ey­ni dövr­də ya­zıb-ya­ra­dan Azər­bay­can şa­ir­lə­rin­dən Əbü­lü­la Gən­cə­vi, Xa­qa­ni Şir­va­ni, Məh­sə­ti Gən­cə­vi, Qi­va­mi Mü­tər­ri­zi, Fə­lə­ki Şir­va­ni, İzəd­din Şir­va­ni, Mü­ci­rəd­din Bey­lə­qa­ni­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı haq­qın­da mə­lu­mat, qə­zəl və qə­si­də­lə­rin­dən nü­mu­nə­lər sa­lın­mış­dı. Alim özü­nün bu təd­qi­qat işin­də Azər­bay­can poe­ti­ka mək­tə­bi­nə xas olan əsas prin­sip­lə­ri nə­zər­dən ke­çi­rir, sə­nət­kar­la­rın fər­di ya­ra­dı­cı­lıq xü­su­siy­yət­lə­ri­ni araş­dı­rır və be­lə bir nə­ti­cə­yə gə­lir ki, “Çox qə­dim ta­ri­xi olan Azər­bay­can xal­qı­nın zən­gin ir­sə ma­lik bö­yük ədə­biy­ya­tı XII əsr­də, əsa­sən, iki xətt üz­rə in­ki­şaf edir­di. Bir tə­rəf­dən qə­dim nü­mu­nə­lə­ri bi­zə qə­dər gə­lib çat­mış olan “Də­də Qor­qud” das­tan­la­rın­da və Mah­mud Qaş­qa­ri­nin “Di­va­nü lü­ğət-it türk” əsə­rin­də­ki bə­zi par­ça­lar­da tə­sa­düf et­di­yi­miz xalq ya­ra­dı­cı­lı­ğı yük­sə­lir, o bi­ri tə­rəf­dən döv­rün rəs­mi ədə­bi di­li olan fars di­lin­də ya­ra­nan ya­zı­lı ədə­biy­yat in­ki­şaf edir­di” [2, s.74].

H.Aras­lı ni­za­mi­şü­nas­lı­ğın bu sa­hə­si­nə həsr olun­muş təd­qi­qat­la­rı­nı 1947-ci il­də “Ni­za­mi Gən­cə­vi” al­ma­na­xın­da çap et­dir­di­yi “Ni­za­mi­nin Azər­bay­can müa­qib­lə­ri” mə­qa­lə­sin­də da­ha ge­niş və mü­fəs­səl şə­kil­də da­vam et­di­rir [3]. Onun təd­qi­qat­la­rı­nın üç mü­hüm te­zis əsa­sın­da qu­rul­du­ğu mü­şa­hi­də olu­nur:

– XII əsr Azər­bay­can ədə­bi mü­hi­ti;

– fəl­sə­fi-ic­ti­mai, poe­tik-es­te­tik prob­lem­lə­rin həl­lin­də yük­sək funk­sio­nal qa­ran­ta, ya­ra­dı­cı­lıq me­ya­rı­na çev­ri­lən Ni­za­mi sə­nə­ti;

– şai­rin əsa­sı­nı qoy­du­ğu ye­ni poe­tik mək­təb və onun əsas xü­su­siy­yət­lə­ri. Bu ədə­bi mək­tə­bin Azər­bay­can ədə­bi mü­hi­ti çər­çi­və­sin­də həm fars­dil­li, həm türk­dil­li ədə­biy­yat­da tə­si­ri­nin nə­zər­dən ke­çi­ril­mə­si.

Bu­ra­da Ni­za­mi Gən­cə­vi möv­zu­su və üs­lu­bun­da ilk əsər ya­zan Azər­bay­can şai­ri Ma­ra­ğa­lı Əv­hə­di­nin “Ca­mi-cəm”, Arif Ər­də­bi­li­nin “Fər­had­na­mə”, Ha­cı Mə­həm­məd Əs­sa­rın “Mehr və Müş­tə­ri”, Ma­ra­ğa­lı Əş­rə­fin “Xəm­sə”si, Mah­mud­bəy Sa­li­min “Mehr və Və­fa”, “Ley­li və Məc­nun”, Hə­qi­ri­nin, Fü­zu­li­nin, Zə­mi­ri­nin, Ən­də­lib Qa­ra­da­ği­nin “Ley­li və Məc­nun”la­rı, Mə­si­hi­nin “Vər­qa və Gül­şa” əsə­ri və sa­ir Ni­za­mi ədə­bi mək­tə­bi­nə xas məs­nə­vi­lər təd­qi­qa­ta cəlb olu­nur” [3, s.105-113].

XII əsr Azər­bay­can ədə­bi mək­tə­bi, həm­çi­nin Ni­za­mi və onun müa­sir­lə­ri möv­zu­sun­da apa­rı­lan iş­lər­də ta­ri­xi-ədə­bi ma­te­ri­al­la­rın düz­gün el­mi-nə­zə­ri klas­si­fi­ka­si­ya­sı, xü­su­sən janr ba­xı­mın­dan, elə­cə də, for­ma və məz­mun­ca təs­ni­fa­tı və sa­ir mə­sə­lə­lər­də ni­za­mi­şü­nas­lı­ğın müs­tə­qil möv­qe­yi diq­qə­ti cəlb edir. H.Aras­lı­nın bu araş­dır­ma­la­rı gös­tə­ri­lən mər­hə­lə­də məd­hiy­yə ədə­biy­ya­tı ki­mi təq­dim olu­nan Xa­qa­ni, Mü­ci­rəd­din Bey­lə­qa­ni, Əsi­rəd­din Əx­si­kə­ti, Zə­hir Far­ya­bi, Əbul-Əla Gən­cə­vi, Fə­lə­ki Şir­va­ni və baş­qa­la­rı­nın ya­ra­dı­cı­lı­ğı­nın da­ha ge­niş as­pekt­dən nə­zər­dən ke­çi­ril­mə­si­nə zə­ru­rət ya­ra­dır.

Ədə­biy­yat ta­ri­xi­nə, onun prob­lem­lə­ri­nə ideo­lo­ji ya­naş­ma­nın çə­tin­lik­lə­ri­nə bax­ma­ya­raq, ilk qə­ti cəhd­lər aş­kar gö­rün­mək­də­dir. Məhz Azər­bay­can alim­lə­ri­nin, o cüm­lə­dən H.Aras­lı­nın sə­yi və araş­dır­ma­la­rı sa­yə­sin­də şərq­şü­nas­lıq­da möv­cud bir sı­ra te­zis­lər öz sta­bil­li­yi­ni iti­rir, Azər­bay­can poe­zi­ya­sın­da qə­si­də­nin məz­mun­ca növ müx­tə­lif­li­yi – məd­hiy­yə, di­ni qə­si­də­lər, mər­siy­yə nö­vü, su­fi-fəl­sə­fi məz­mun­lu qə­si­də­lə­rin möv­cud­lu­ğu, Xa­qa­ni­nin “Töh­fə­tül-İra­qeyn” əsə­ri­nin fəl­sə­fi qə­si­də­nin yük­sək nü­mu­nə­si ol­ma­sı və sa­ir mə­sə­lə­lər sa­ray ədə­biy­ya­tı adı al­tın­da ta­nın­mış bu zən­gin ir­sə tək­yə, məd­hiy­yə – pa­ne­qi­rik ədə­biy­yat nü­mu­nə­si ki­mi bax­ma­ğı bir kə­na­ra qo­yur [3].

40-cı il­lər­də Ni­za­mi ir­si­nin sis­tem­li şə­kil­də öy­rə­nil­mə­yə baş­lan­dı­ğı bir dövr­də XII əsr Azər­bay­can ədə­biy­ya­tın­da, elə­cə də Şərq­də uzun müd­dət poe­zi­ya di­li ki­mi iş­lə­nən fars di­li­nin möv­qe­yi, bu dil­də ya­zıb-ya­ra­dan sə­nət­kar­la­rın ya­ra­dı­cı­lıq­la­rı əsa­sın­da öy­rə­ni­lib təd­qiq olu­nur.

Bu mə­sə­lə­də ta­ri­xin öy­rə­nil­mə­si ön plan­da idi. Şərq xalq­la­rı­nın ta­ri­xin­də bö­yük Səl­cuq döv­rü­nün əsas cə­hət­lə­ri­nin ge­niş təh­lil olu­nub, XII əsr­də Hin­dis­tan­dan tut­muş Ki­çik Asi­ya­ya qə­dər ədə­bi dil ki­mi iş­lə­nən fars di­li­nin ya­yıl­ma sə­bəb­lə­ri­nin ay­dın­laş­dı­rıl­ma­sın­da şərq­şü­nas­lar­dan Y.N.Marr, A.Y.Ya­qu­bovs­ki, A.Y.Krıms­ki, Y.E.Ber­tels­lə ya­na­şı, Azər­bay­can alim­lə­ri­nin, o cüm­lə­dən Hə­mid Aras­lı­nın əmə­yi­ni qiy­mət­lən­dir­mə­mək ol­maz. Bu alim­lə­rin ta­ri­xi xid­mət­lə­ri­nin baş­lı­ca cə­hə­ti on­dan iba­rət ol­du ki, Av­ro­pa­nın “İran mə­də­niy­yə­ti” al­tın­da ta­nı­dı­ğı, əs­lin­də Ya­xın Şər­qin, Or­ta Asi­ya və Azər­bay­ca­nın bö­yük sə­nət­kar­la­rı tə­rə­fin­dən ya­ra­dı­lan mə­də­niy­yə­tin ma­hiy­yət və özəl­lik­lə­ri­ni aça­raq, fars­dil­li ədə­biy­yat haq­qın­da dün­ya şərq­şü­nas­lı­ğın­da yer al­mış yan­lış fi­kir­lə­ri ara­dan qal­dır­dı­lar.

Azər­bay­can ni­za­mi­şü­nas­la­rı­nın, xü­su­sən də Hə­mid Aras­lı­nın bu iş­də müs­təs­na pa­yı var­dır. Alim öz qar­şı­sı­na Ni­za­mi­nin Azər­bay­can xal­qı­na bağ­lı­lı­ğı­nı konk­ret fakt­lar­la sü­but et­mək ki­mi şə­rəf­li bir məq­səd qoy­du: O, Ni­za­mi ya­ra­dı­cı­lı­ğı və folk­lor mü­na­si­bə­ti­nin öy­rə­nil­mə­si­ni, şai­rin doğ­ma xal­qın tə­fək­kü­rü­nə ya­xın­lı­ğı­nın araş­dı­rıl­ma­sı­nı va­cib he­sab edə­rək xalq, və­tən qar­şı­sın­da öz öv­lad­lıq bor­cu­nu lə­ya­qət­lə ye­ri­nə ye­tir­di. Onu xü­su­si qeyd et­mə­li­yik ki, hə­lə o dövr­də də dün­ya ni­za­mi­şü­nas­lı­ğın­da gös­tə­ri­lən mə­sə­lə­nin həl­lin­də bi­lə­rək­dən səh­və yol ve­rən alim­lər var idi. Mə­sə­lən, məş­hur İran ali­mi Və­hid Dəst­gir­di öz araş­dır­ma­la­rın­da Ni­za­mi­ni fars mən­şə­yi­lə bağ­la­ma­ğa ça­lı­şır, əsər­lə­rin­də özü­nün türk soy-kö­kü­nü çox ay­dın şə­kil­də gös­tə­rən şai­rin fi­kir­lə­ri­nə bir­tə­rəf­li ya­na­şır­dı. İran ali­mi özü­nün məş­hur “Gən­ci­ne­yi-Gən­cə­vi”sin­də elə his­sə qa­pı­lır­dı ki, Ni­za­mi­nin və­tən­pər­vər­li­yin­dən da­nı­şar­kən be­lə, şai­rin öz əsər­lə­rin­də se­və-se­və tə­rən­nüm et­di­yi doğ­ma və­tə­ni Gən­cə­yə mə­həb­bə­ti­ni bil­di­rən mis­ra­la­rı­nı bir kə­na­ra qo­yur, ta­ma­mi­lə mə­sə­lə­yə dəx­li ol­ma­yan mət­ləb­lər­dən da­nı­şır və şai­ri öz doğ­ma tor­pa­ğın­dan ayır­ma­ğa ça­lı­şır­dı.

Be­lə bir za­man­da Hə­mid Aras­lı Ni­za­mi Gən­cə­vi ya­ra­dı­cı­lı­ğın­da Azər­bay­can xal­qı­na xas mil­li sta­tus sə­viy­yə­li mə­sə­lə­lə­rin araş­dı­rıl­ma­sı­nı əsas məq­səd və baş­lı­ca və­zi­fə ola­raq qar­şı­ya qo­yur. Şai­rin əsər­lə­ri­nin xalq ya­ra­dı­cı­lı­ğı ilə sıx bağ­lı­lı­ğı­nı – Ni­za­mi şei­ri­nin türk­çü­lük məz­mu­nu­nu, möv­zu, sü­jet, dü­şün­cə tər­zi, fra­zeo­lo­ji ifa­də və bir­ləş­mə­lər, ata­lar söz­lə­ri və mə­səl­lər, o cüm­lə­dən Ni­za­mi­nin di­lin­də çox­say­lı Azər­bay­can söz­lə­ri­nin iş­lən­mə­si və sa­ir mə­sə­lə­lə­ri cid­di təd­qi­qa­ta cəlb et­mək­lə, elə qiy­mət­li təd­qiq­lər apa­rır ki, bu araş­dır­ma­lar ni­za­mi­şü­nas­lıq­da gü­nü­mü­zə qə­dər öz el­mi əhə­miy­yə­ti­ni sax­la­maq­da­dır.

Türk so­yun­dan, türk tə­fək­kü­rün­dən gəl­mə mə­nə­vi duy­ğu­lar har­mo­ni­ya­sı, doğ­ma Azə­ri türk­lə­ri­nin mil­li kö­kün­dən do­ğan bu har­mo­ni­ya­nın Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da ək­si H.Aras­lı­nı hə­mi­şə dü­şün­dür­müş, ilk təd­qi­qat­la­rın­dan baş­la­ya­raq, bü­tün öm­rü bo­yu araş­dır­ma­la­rın­da bu möv­zu­nun ay­rı-ay­rı is­ti­qa­mət­lə­ri­ni öy­rən­miş­dir. Tə­sa­dü­fi de­yil­dir ki, 1941-ci il­də Ba­kı­da nəşr olu­nan “Ni­za­mi əsər­lə­ri­nin el va­ri­ant­la­rı” ki­ta­bı­na yaz­dı­ğı mü­qəd­di­mə­də H.Aras­lı Azər­bay­can xalq ədə­biy­ya­tı xə­zi­nə­sin­də Ni­za­mi­nin şəx­siy­yə­ti, qəh­rə­man­la­rı və əsər­lə­ri­nin sü­jet­lə­ri ilə bağ­lı ma­te­ri­al­la­rın top­lan­ma­sı­nı ni­za­mi­şü­nas­lı­ğın mü­hüm və­zi­fə­lə­rin­dən he­sab edir və bu ma­te­ri­al­la­rın “… müx­tə­lif va­ri­ant­la­rı­nın mü­qa­yi­sə və təh­li­li­nin is­tər şai­rin şəx­siy­yə­ti, is­tər­sə də onun doğ­ma xal­qı ilə mü­na­si­bə­ti­ni tə­yin et­mək üçün ən mü­hüm təd­qiq ob­yek­ti” [4, s.4] ol­du­ğu­nu söy­lə­yir­di.

Bir qə­dər son­ra H.Aras­lı “Ni­za­mi­də xalq söz­lə­ri, ifa­də və zərb-mə­səl­lə­ri” (SSRİ EA Azər­bay­can fi­lia­lı­nın “Xə­bər­lə­ri”, Ba­kı, 1942, №8) və “Ni­za­mi və Azər­bay­can xalq ədə­biy­ya­tı” (“Ni­za­mi Gən­cə­vi, IV ki­tab, Ba­kı, 1947) mə­qa­lə­lə­rin­də bu mə­sə­lə­lə­ri araş­dı­rır, Ni­za­mi­nin ye­ti­şib püx­tə­ləş­di­yi mü­hi­tin əsas xü­su­siy­yət­lə­ri­ni, onun xalq ya­ra­dı­cı­lı­ğı ilə bağ­lı­lı­ğı­nı və sa­ir mə­sə­lə­lə­ri izah et­mə­yə ça­lı­şır. Onun araş­dır­ma­la­rı sü­but edir ki, Ni­za­mi­nin ya­şa­dı­ğı mü­hit xalq tə­fək­kür tər­zi­nə əsas­la­nan das­tan­lar, əf­sa­nə­lər söy­lə­yən ozan­lar­la ərəb və fars di­lin­də ya­zan şa­ir­lə­rin qar­şı­lıq­lı fi­kir mü­ba­di­lə­si­ni özün­də bir­ləş­di­rir­di. Ali­min gəl­di­yi nə­ti­cə­yə gö­rə, o dövr Azər­bay­can­da möv­cud olan be­lə bir zən­gin ədə­bi mü­hit sə­nət­kar Ni­za­mi­nin ya­ra­dı­cı­lı­ğın­da mü­hüm rol oy­na­mış­dır [5, s.5].

Təd­qi­qat­çı Ni­za­mi sə­nə­ti­nə xalq­dan­gəl­mə möv­zu və sü­jet­lə­ri araş­dı­rır, şai­rin poe­ma­la­rı­nın xalq ya­ra­dı­cı­lı­ğı ilə bağ­lı əla­mət­lə­ri­ni aş­kar edir. Mü­qa­yi­sə­lə­rin apa­rıl­ma­sı üçün re­al əsas ol­du­ğu­nu ilk də­fə hiss edən H.Aras­lı Ni­za­mi və Azər­bay­can xalq das­tan və na­ğıl­la­rı pa­ra­lel­lə­rin­də xey­li təd­qi­qat­lar apar­mış­dır ki, on­lar bu gün də ni­za­mi­şü­nas­lı­ğın qiy­mət­li araş­dır­ma­la­rın­dan sa­yı­lır. Mü­əl­lif “Ki­ta­bi-Də­də Qor­qud” das­tan­la­rı­nın bə­zi boy­la­rı­nı Ni­za­mi poe­ma­la­rı­nın ay­rı-ay­rı his­sə­lə­ri ilə mü­qa­yi­sə edir. Bun­lar­dan “Xos­rov və Şi­rin” poe­ma­sı­nın baş­lan­ğı­cı­nı, yə­ni Xos­ro­vun do­ğul­ma­sı ilə “Ki­ta­bi-Də­də Qor­qud”da­kı “Bay­bu­ra oğ­lu Bam­sı Bey­rək” bo­yun­da­kı “Bey­rə­yin do­ğul­ma­sı” his­sə­lə­ri­ni tu­tuş­du­ra­raq, Ni­za­mi­nin bü­tün poe­ma­la­rın­da xalq ya­ra­dı­cı­lı­ğı­nın bir əsas xü­su­siy­yə­ti­nin – qəh­rə­ma­nın ata-ana­nın tək öv­la­dı olub çə­tin­lik­lə nə­zir-ni­yaz­la do­ğul­ma­sı fak­tı­nın sax­lan­ma­sı­nı xü­su­si qeyd edir [1, s.12].

Das­tan qəh­rə­man­la­rı­nın əsas xa­rak­te­rik xü­su­siy­yət­lə­ri­nin Ni­za­mi əsər­lə­rin­də­ki ob­raz­la­ra sıx bağ­lı­lı­ğı­nı gös­tə­rən təd­qi­qat­çı ya­zır: “On­lar bə­zən fi­zi­ki (Bey­rək, Bu­ğac, Şah İs­ma­yıl və sa­ir), bə­zən söz qüv­və­si (Qə­rib, Kə­rəm, Nov­ruz və sa­ir), bə­zən də əql və təd­bir (İl­yas) va­si­tə­si ilə mü­ba­ri­zə edir. Müa­sir­lə­rin­dən se­çi­lir, sə­da­qə­ti, gö­zəl­li­yi, qəh­rə­man­lı­ğı, əql və mərd­li­yi ilə üs­tün­lük qa­za­nır­lar. Bun­lar sev­gi­də də sa­diq, qəh­rə­man və na­mus­lu olur­lar” [1, s.12]. Ni­za­mi­nin bü­tün bu xü­su­siy­yət­lə­ri öz qəh­rə­man­la­rı­na şa­mil et­mə­si­ni onun xalq ru­hu­na bağ­lı ol­ma­sı, zən­gin türk mə­nə­viy­ya­tı­nı ifa­də et­mə­si ilə əla­qə­lən­di­rən H.Aras­lı hə­lə o dövr­də or­ta əsr­lə­rin bü­töv Şərq ədə­biy­ya­tı zən­gin­li­yin­də struk­tur, sü­jet, ob­raz­la­rın ay­rı-ay­rı xü­su­siy­yət­lə­ri fo­nun­da mil­li bə­dii ədə­biy­yat­la­rın in­ki­şa­fı­nı iz­lə­mə­yə və bu sa­hə­də həl­le­di­ci iş­lər gör­mə­yə na­il olur.

Bun­dan baş­qa, təd­qi­qat­çı Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da Azər­bay­can xalq söz­lə­ri və ifa­də­lə­ri­nin də bol-bol iş­lən­di­yi­ni gös­tə­rir. Ümu­miy­yət­lə, mü­əl­lif şai­rin əsər­lə­rin­də çox­lu türk söz­lə­ri­ni aş­kar et­miş, bu­nun­la da gə­lə­cək sinx­ron təd­qi­qat­la­ra yol aç­mış­dır: xa­tun, ça­lış, sən­caq, qə­la­vuz, kü­lüng, gər­dək, qır­mı­zı, tu­tuq, ala­çuq, tut­mac, yay­laq və sa­ir [5, s.3].

Ümu­miy­yət­lə, Şər­qin mə­nə­vi ma­te­ri­al­la­rı içə­ri­sin­dən yer­li ənə­nə­lə­ri se­çib ayır­maq, mü­rək­kəb bə­dii struk­tur və məz­mun da­xi­lin­də türk xal­qı­na məx­sus spe­si­fik xü­su­siy­yət­lə­ri öy­rən­mək mü­rək­kəb mə­sə­lə­dir. Ni­za­mi özü də “Xəm­sə”də bə­zi ta­le­yük­lü mə­sə­lə­lə­rə açıq-ay­dın mü­na­si­bət bil­dir­miş, öz mö­hü­rü­nü bü­tün əsər­lə­ri­nə əbə­di həkk et­miş­dir. Əs­lin­də ob­yek­tiv, öz xal­qı­nın mil­li şüu­ru­na bə­ləd olan təd­qi­qat­çı üçün bu prob­le­min araş­dı­rıl­ma­sı elə bir çə­tin­lik tö­rət­mir. La­kin ar­tıq yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi, təh­rif­lə­ri ara­dan qal­dır­maq üçün da­ha ge­niş təd­qi­qat və da­ha in­cə mət­ləb­lə­rin çö­zül­mə­si la­zım gə­lir­di. Bu ba­xım­dan, H.Aras­lı­nın “Ni­za­mi­nin qa­dın ob­raz­la­rı” ad­lı sil­si­lə mə­qa­lə­lə­ri diq­qə­ti cəlb edir.

Alim mən­bə­lər və ədə­bi nü­mu­nə­lər əsa­sın­da, ənə­nə­vi Şərq psi­xo­lo­gi­ya­sı­nı və özəl əla­mət­lə­ri­lə se­çi­lən türk mil­li dü­şün­cə tər­zi­ni qar­şı­laş­dı­rır. Bu­ra­da ən ma­raq­lı və in­cə mə­qam Ni­za­mi sə­ləf­lə­ri­nin – Fir­dov­si və Sə­nai­nin Ni­za­mi­dən fərq­li ola­raq, qa­dı­na mü­na­si­bət­də qey­ri-si­vil möv­qe tut­ma­la­rı­nın nə­zə­rə çat­dı­rıl­ma­sı­dır. Fir­dov­si­nin “Şah­na­mə”sində: “Qa­dın və əj­da­ha hər iki­si yer al­tın­da yax­şı­dır. Dün­ya bu iki na­pak­dan pak ol­sa yax­şı­dır” [1, s.18] ifa­də­si­ni, həm­çi­nin Sə­nai­nin “Hə­di­qə­tül-hə­qa­yiq” əsə­rin­də qa­dın lə­ya­qə­ti­nə xə­ləl gə­ti­rən söz­lə­rin iş­lən­mə­si fak­tı­nı nü­mu­nə gə­ti­rən təd­qi­qat­çı gös­tə­rir ki, “azər­bay­can­lı­lar ta­ri­xən ki­şi­yə “ər ki­şi”, qa­dı­na isə “xa­tın ki­şi” söy­lə­yə­rək, onu uca tut­muş­lar. Fars­la­rın “zən”, yə­ni “vur” de­yə ad­lan­dır­dıq­la­rı qa­dın Azər­bay­can şə­rai­tin­də cə­miy­yə­tin hör­mət­li üz­vü ol­muş­dur. Mi­di­ya, al­ban or­du­la­rın­da Ba­bək hə­rə­ka­tın­da qa­dın­la­rın fə­al iş­ti­ra­kı­nı bü­tün Şərq və Av­ro­pa ta­rix­çi­lə­ri qeyd edir” [1, s.18] – de­yə alim “Də­də Qor­qud” das­ta­nı və Ni­za­mi­nin “Yed­di gö­zəl” əsə­ri üzə­rin­də qu­rul­muş mü­qa­yi­sə­lər əsa­sın­da şai­rin ge­ne­tik eru­di­si­ya­ya bağ­lı ya­naş­ma üsu­lu­nu, türk mil­li dün­ya­gö­rü­şü zə­mi­nin­də for­ma­la­şan fər­di dü­şün­cə tər­zi­ni, Şər­qin mür­tə­ce ənə­nə­lə­rin­dən se­çi­lən ori­ji­nal ba­xış­la­rı­nı gös­tə­rir.

Ni­za­mi­nin hu­ma­nizm ide­ya­la­rı­nın əsas və ön mə­sə­lə­lə­rin­dən bi­ri qa­dın, onun azad hə­ya­tı və xoş­bəxt­li­yi prob­le­mi­dir. Çün­ki qa­dın şai­rin se­və-se­və tə­rən­nüm et­di­yi, onun mə­nə­vi saf­lı­ğı­nı, ar­zu və ide­al­la­rı­nı yük­sək qiy­mət­lən­dir­di­yi bir var­lıq­dır. Qa­dın möv­zu­su Ni­za­mi poe­zi­ya­sı­nın ən ali və mü­tə­rəq­qi bir his­sə­si­dir.

Ni­za­mi­nin ya­rat­dı­ğı qa­dın ob­raz­la­rın­da bu yük­sək mə­nə­vi key­fiy­yət­lər ha­ra­dan­dı­r? Qa­dı­na ali mü­na­si­bə­tin şai­rin mil­li men­ta­li­te­tə bağ­lı ic­ti­mai-fəl­sə­fi dün­ya­gö­rü­şü ol­ma­sı fak­tı ni­za­mi­şü­nas­lı­ğı dü­şün­dü­rən bir prob­lem ol­muş­dur.

Diq­qə­ti H.Aras­lı­nın 1939-cu il­də yaz­dı­ğı “Ni­za­mi və qa­dın ob­raz­la­rı” mə­qa­lə­si cəlb edir. Mü­əl­lif Ni­za­mi əsər­lə­rin­də ve­ril­miş qa­dın ob­raz­la­rı­nın öz xü­su­siy­yət­lə­ri ilə Azər­bay­can xal­qı­nın zən­gin folk­lor ədə­biy­ya­tı ilə bağ­lı ol­du­ğu­nu gös­tər­mək­lə təh­lil­lər apa­rır, bu ob­raz­lar­da “Də­də Qor­qud” das­tan­la­rı­nda və bir sı­ra di­gər xalq das­tan və na­ğıl­la­rın­da­kı qa­dın si­ma­sı­nın aş­kar gö­rün­dü­yü­nü ya­zır [6, s.8].

H.Aras­lı “Ni­za­mi və Azər­bay­can xalq ədə­biy­ya­tı” möv­zu­sun­da sil­si­lə araş­dır­ma­la­rın­da prob­le­min uğur­lu həl­li üçün bü­tün müm­kün im­kan­lar­dan – et­nik-kultu­ro­lo­ji mən­bə­lə­rə bağ­lı ele­ment­lər­dən, üs­lu­bi-lek­si­koq­ra­fik əla­mət­lər­dən is­ti­fa­də et­mək­lə, prob­le­min həl­li­nə ça­lı­şır. Bu ba­xım­dan, at kul­tu­na, yu­xu ele­men­ti­nə bağ­lı araş­dır­ma­lar (“Ki­ta­bi-Də­də Qor­qud və Ni­za­mi “Xəm­sə”si əsa­sın­da) bu gün də öz əhə­miy­yə­ti­ni sax­la­maq­da­dır [1, s.21-25

Alim “Ni­za­mi ya­ra­dı­cı­lı­ğı və Azər­bay­can şi­fa­hi xalq ədə­biy­ya­tı” möv­zu­su­na həsr olun­muş təd­qiq­lə­ri­ni Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da poe­tik ob­raz sis­te­mi­nin tər­kib his­sə­lə­rin­dən bi­ri olan ata­lar söz­lə­ri və afo­rizm­lə­rin araş­dı­rıl­ma­sı ilə ye­kun­laş­dı­rır. Mü­əl­lif çoxəsr­lik ta­ri­xi olan Azər­bay­can afo­rizm­lə­ri­nin – “Do­şab al­mı­şam, bal çı­xıb”, “Ev oğ­ru­su­nu tut­maq ol­maz”, “Əy­ri otu­raq, düz da­nı­şaq”, “İsin­mə­dim is­ti­si­nə, kor ol­dum tüs­tü­sü­nə”, “Ot kö­kü üs­tə bi­tər”, “Pi­şik ba­la­sı­nı is­tə­di­yin­dən ye­yər”, “Sa­man al­tın­dan su ye­ri­dir”, “Öz­gə­si­nə qu­yu qa­zan özü dü­şər”, “Heç kəs öz ay­ra­nı­na turş de­məz”, “İla­nı öz­gə­nin əli­lə tu­tur”, “Qa­ra­dan ar­tıq rəng ol­maz”, “Sö­yüd ağa­cı bar gə­tir­məz” və sa­ir bu ki­mi şi­fa­hi ədə­biy­ya­tı­mı­zın sta­bil xa­rak­ter­li uni­kal fra­za­la­rı­nın Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da də­qiq­lik­lə iş­lən­mə­si­nə mil­li tə­fək­kü­rün ifa­də­si­nin əsas at­ri­but­la­rın­dan bi­ri ki­mi ya­na­şır və haq­lı ola­raq bir mü­hüm mə­sə­lə­ni vur­ğu­la­yır ki, Azər­bay­can xal­qı­na xas bu özəl fra­zeo­lo­ji bir­ləş­mə­lə­ri çox vaxt İran və Av­ro­pa təd­qi­qat­çı­la­rı ba­şa dü­şə bil­mir, nə­ti­cə­də, şai­rin gö­zəl mis­ra­la­rı bu alim­lər tə­rə­fin­dən səhv şə­kil­də şərh olu­nur.

Ali­min Av­ro­pa və İran alim­lə­ri­nin fi­kir­lə­ri­nə el­mi pa­ra­doks təş­kil edən çox­say­lı mü­la­hi­zə­lə­ri var­dır. On­la­rın bi­ri­nin – “İs­kən­dər­na­mə” əsə­rin­də “Əz an piş ka­rət şə­bi­xun şi­tab; Çü dür­rac dər dəh sə­la­yi-kə­bab” – fik­ri­nin H.Aras­lı tə­rə­fin­dən iza­hı­na diq­qət ye­ti­rək: “Bey­tin mə­na­sı bu­dur ki, ça­lış ki, tu­rac ki­mi ka­bab­lıq­dan xə­bər ve­rə­sən. Şai­rin bu mis­ra­la­rı­nı şərh­çi­lər ba­şa dü­şə bil­mir və yan­lış izah edir­lər. “Nə üçün tu­rac ka­bab­lıq­dan xə­bər ver­sin” sua­lı­na ca­vab ve­rən yox­dur. Biz Azər­bay­can xal­qı­nın tu­ra­cın oxu­ma­sı­na ver­di­yi mə­na­nı öy­rə­nən­də bu beyt ta­mam ay­dın olur. Xalq ara­sın­da tu­ra­cın oxu­ma­sı­nın ahən­gi­nə gö­rə, aşa­ğı­da­kı söz­lə­ri de­di­yi söy­lə­ni­lir:

 

Dad məni tutdular,

Ətimi kabab etdilər,

 

– Ni­za­mi bun­dan is­ti­fa­də edib gös­tə­rir ki, sən də tu­rac ki­mi ölü­mü­nü qa­baq­ca­dan xə­bər ver” [1, s.26].

Qeyd edək ki, xalq ədə­biy­ya­tı və Ni­za­mi ir­si­nə də­rin­dən bə­ləd ol­du­ğu üçün bu sa­hə­də klas­sik təh­lil­lər apar­ma­ğa na­il olan H.Aras­lı­nın araş­dır­ma­la­rı ni­za­mi­şü­nas­lıq­da bu gün də mü­hüm əhə­miy­yət da­şı­yır.

Mə­lum­dur ki, Ni­za­mi öz əsər­lə­rin­də xalq nü­ma­yən­də­lə­ri­nin aşa­ğı züm­rə­si­nə mən­sub olan müx­tə­lif tip­lər qa­le­re­ya­sı ya­rat­mış­dır: ço­ban, kə­niz, kər­pic­kə­sən, mal­dar, bağ­ban, əkin­çi, əs­gər, za­hid və baş­qa­la­rı. Ni­za­mi poe­ma­la­rın­da XII əsr Azər­bay­ca­nın bü­tün ic­ti­mai tə­bə­qə­lə­rin­dən bəhs edil­di­yi fak­tı­na cid­di əhə­miy­yət ve­rən di­gər alim H.Aras­lı “Yed­di gö­zəl”də­ki ço­ban su­rə­ti üzə­rin­də da­ya­nır, Ni­za­mi­nin əmək­çi xalq­la şah ara­sın­da­kı mü­na­si­bə­ti ay­dın­laş­dır­ma­ğa, şai­rin bu mə­sə­lə ət­ra­fın­da öz möv­qe­yi­ni izah et­mə­yə na­il olur [7, s.2]. Ni­za­mi qəh­rə­man­la­rı­nı mü­qa­yi­sə edər­kən, şai­rin ya­rat­dı­ğı əmək­çi in­san su­rət­lə­ri­nin xalq rə­va­yət­lə­ri, das­tan­lar­la bağ­lı­lı­ğı­nı, həm­çi­nin Ni­za­mi ar­dı­cıl­la­rı­nın bu ob­raz­la­ra mü­na­si­bə­ti­ni iz­lə­miş olan H.Aras­lı hə­ya­tı­nın son dövr­lə­rin­də bir da­ha bu mə­sə­lə­yə qa­yı­dır və ax­ta­rış­la­rı­nın uğur­lu nə­ti­cə­si ola­raq be­lə bir qə­naə­tə gə­lir ki, Ni­za­mi­nin öz əsər­lə­rin­də əmək­çi in­san­lar içə­ri­sin­dən seç­di­yi qəh­rə­man­la­rı şah­la­ra qar­şı qoy­ma­sı onun poe­zi­ya­da et­di­yi cə­sa­rət­li bir dö­nüş idi. O, Fər­ha­dı Xos­rov­la qar­şı­laş­dı­rar­kən, iki mə­nə­viy­ya­tı üz­ləş­dir­miş, əmə­yin şah­lıq­dan üs­tün­lü­yü ki­mi cə­sa­rət­li bir fi­kir söy­lə­miş­dir. Hət­ta Ni­za­mi­dən son­ra Əmir Xos­rov Dəh­lə­vi, Arif Ər­də­bi­li, Nə­vai və baş­qa şa­ir­lər be­lə bir cə­sa­rə­ti et­mək­dən çə­kin­miş­lər və bu sə­bəb­dən də Fər­ha­dı şah­za­də ki­mi təs­vir et­miş­lər [8, s.9].

Mü­əl­lif ço­ban ob­raz­la­rı­nın Ni­za­mi­nin son iki poe­ma­sın­da mey­da­na çıx­ma­sı­nı tə­sa­dü­fi bir hal ki­mi qə­bul et­mir, haq­lı ola­raq, bu­nu şai­rin ic­ti­mai ide­al­la­rı­nın də­rin­ləş­mə­si, ye­ni-ye­ni ide­al­lar ax­ta­rı­şı ilə bağ­la­yır. Onu da qeyd et­mək la­zım­dır ki, təd­qi­qat­çı bu­ra­da Ni­za­mi­nin qə­lə­mə al­dı­ğı ço­ban ob­raz­la­rı­nı “Ki­ta­bi-Də­də Qor­qud”da­kı Qa­ra­ca ço­ban ob­ra­zı ilə mü­qa­yi­sə edə­rək əmək­çi in­sa­na mü­na­si­bət­də xal­qın tə­fək­kür tər­zi ilə Ni­za­mi dün­ya­gö­rü­şü­nü tu­tuş­du­rur və be­lə nə­ti­cə­yə gə­lir ki, xalq tə­fək­kür tər­zin­dən fay­da­la­nan Ni­za­mi öz ide­al­la­rın­da on­dan kə­na­ra çıx­ma­mış və bu ide­al­la­rı da­vam et­dir­miş­dir [7, s.2]. Ali­min Ni­za­mi qəh­rə­man­la­rı­na ver­di­yi yük­sək qiy­mət bu gün də prob­le­min öy­rə­nil­mə­sin­də əhə­miy­yət­li iş­lər­dən he­sab olu­nur.

Azər­bay­can xal­qı­nın hə­yat və məi­şə­ti­nə bağ­lı tə­fək­kür tər­zi ilə qi­da­lan­mış Ni­za­mi poe­zi­ya­sın­da bu uy­ğun cə­hət­lə­ri ax­tar­maq­da gör­kəm­li alim haq­lı idi. Bun­dan əla­və, o, gös­tə­ri­lən mə­qa­lə­də Ni­za­mi­nin dost­luq, sə­da­qət, doğ­ru­luq, düz­lük ki­mi əx­la­qi key­fiy­yət­lə­ri haq­qın­da fi­kir­lə­ri­ni təh­lil edir, şai­rin əx­la­qi gö­rüş­lə­ri­ni onun hu­ma­nist ide­ya­la­rı­nın əsas tər­kib his­sə­si ki­mi öy­rə­nir.

40-cı il­lər­də Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğın­da Ni­za­mi sü­jet­lə­ri­nin mən­bə­lə­ri­nin araş­dı­rıl­ma­sı üz­rə bir sı­ra ma­raq­lı, diq­qə­ti cəlb edən təd­qiq­lər apa­rıl­mış­dır. Bu araş­dır­ma­lar prob­le­min mü­hüm bir is­ti­qa­mə­ti­nin öy­rə­nil­mə­yə baş­lan­ma­sı üçün bö­yük im­kan ya­rat­dı. Be­lə ki, “Ley­li və Məc­nun” sü­je­ti­nin folk­lor mən­bə­lə­ri ilə əla­qə­si­nin öy­rə­nil­mə­si mə­sə­lə­si qar­şı­ya qo­yul­du və bu­nun­la da, çox mü­rək­kəb bir prob­le­min araş­dı­rıl­ma­sı yo­lun­da ye­ni fi­kir­lər söy­lən­di, bu gün də Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğın­da mü­hüm əhə­miy­yə­ti olan il­kin in­cə mət­ləb­lər or­ta­ya atıl­dı. Gö­rül­müş iş­lər içə­ri­sin­də H.Aras­lı­nın 1939-cu il­də çap et­dir­di­yi “Şərq­də “Ley­li və Məc­nun” möv­zu­su” ad­lı mə­qa­lə­si diq­qə­ti cəlb edir.

Av­ro­pa orien­ta­list­lə­ri və oza­man­kı so­vet şərq­şü­nas­la­rın­dan fərq­li ola­raq, Azər­bay­can ali­mi “Ley­li və Məc­nun” möv­zu­su­nun ilk mən­bə­yi ki­mi ərəb şi­fa­hi poe­zi­ya­sı­nı əsas gö­tü­rür. O, A.Y.Krıms­ki və di­gər alim­lə­rin Ley­li və Məc­nu­nun ta­ri­xi şəx­siy­yət­lər ol­ma­sı fik­ri­nə qar­şı çı­xır. Təd­qi­qat­çı Qa­hi­rə­də pro­fes­sor Ta­ha Hü­sey­nin çap et­dir­di­yi “Əmə­vi­lər döv­rün­də qə­zə­liy­yat” ad­lı mə­qa­lə­sin­də Məc­nu­nun ta­ri­xi şəx­siy­yət ol­ma­ma­sı ba­rə­də söy­lə­di­yi fi­kir­lə tam ra­zı­la­şır və onun he­ka­yə­çi­lər, ra­vi­lər tə­rə­fin­dən ya­ra­dıl­mış xə­ya­li bir şəx­siy­yət ol­du­ğu­nu qeyd edir.

Mü­əl­lif da­ha son­ra Ta­ha Hü­sey­nin gös­tə­ri­lən fik­ri­nə qar­şı çı­xan Mi­sir ali­mi Əb­dül­qa­dir Əl­mə­zi­ni tən­qid edə­rək, “Ley­li və Məc­nun” möv­zu­su­nun şi­fa­hi xalq ya­ra­dı­cı­lı­ğı­nın məh­su­lu ol­du­ğu­nu, onun xalq tə­rə­fin­dən ya­ran­dı­ğı­nı və ərəb şi­fa­hi poe­zi­ya­sın­da müx­tə­lif va­ri­ant­lar­da ya­yıl­dı­ğı­nı ya­zır [9, s.100].

H.Aras­lı çox haq­lı ola­raq, Ni­za­mi­nin özü­nün xalq ədə­biy­ya­tı­na fər­di mü­na­si­bə­ti­nə əsas­la­nır və onun bü­tün ya­ra­dı­cı­lı­ğı­nı, o cüm­lə­dən “Ley­li və Məc­nun” əsə­ri­nin əsl can­lı mən­bə olan folk­lor­la bağ­lı su­rət­də öy­rə­nil­mə­si­nin doğ­ru is­ti­qa­mət ol­du­ğu­nu bir təd­qi­qat­çı in­tui­si­ya­sı ilə hiss edir. O, ni­za­mi­şü­nas­lı­ğın in­ki­şa­fı­nı bu sa­hə­yə yö­nəlt­mək üçün ilk işıq yan­dı­ran­lar­dan bi­ri ol­muş, əgər be­lə de­mək müm­kün­dür­sə, hə­mən işı­ğın ucun­dan tu­tub, ye­ni mə­sə­lə­lə­rə – “Ley­li və Məc­nun”un Azər­bay­can folk­lo­ru ilə əla­qə­si­nin da­ha ge­niş as­pekt­dən öy­rə­nil­mə­si­nə zə­min ya­rat­mış­dır.

Mə­lum­dur ki, Ni­za­mi­nin əx­la­qi gö­rüş­lə­rin­də əsas yer­lər­dən bi­ri­ni onun təb­liğ et­di­yi və­tən­pər­vər­lik ide­ya­sı tu­tur və bu sa­hə­də apa­rı­lan ilk iş­lər sı­ra­sın­da H.Aras­lı­nın 1948-ci il­də çap olu­nan “Ni­za­mi və və­tən” ki­ta­bı ma­raq do­ğu­rur. Mü­əl­lif bu əsə­rin­də şai­rin özü­nün və­tən sev­gi­si, həm­çi­nin poe­ma­la­rın­da­kı qəh­rə­man­la­rın və­tən­pər­vər­li­yin­dən bəhs edir, on­la­rın sev­gi­si­ni, mü­ba­ri­zə­lə­ri­ni yük­sək qiy­mət­lən­di­rir. O, şai­rin öz qəh­rə­man­la­rı­nın qar­şı­sın­da və­tən uğ­run­da çar­pış­maq ki­mi ali bir məq­səd qoy­du­ğu­nu, on­la­rın və­tən və xal­qın səa­də­ti­ni tə­min edə bi­lən ka­mil şəx­siy­yət ola­raq tə­rən­nüm et­di­yi­ni ya­zır [10, s.28].

Ni­za­mi Gən­cə­vi­nin fəl­sə­fi gö­rüş­lə­ri­nin iza­hın­da da H.Aras­lı­nın özü­nə­məx­sus ya­naş­ma­la­rı var idi. Şai­rin son də­rə­cə mü­tə­rəq­qi fi­kir­lər məc­muə­si olan “Sir­lər xə­zi­nə­si”nin sırf su­fi, yə­ni o za­man bir sı­ra Av­ro­pa alim­lə­ri­nin təq­dim et­di­yi as­ket məz­mun­lu bir əsər ki­mi qiy­mət­lən­di­ril­mə­si H.Aras­lı­nın əks rə­yi­nə sə­bəb ol­muş­dur. O, “Sir­lər xə­zi­nə­si” əsə­ri­nin Sə­nai­nin “Hə­di­qə­tül-hə­qa­yiq” əsə­ri­nin sırf tə­si­ri­lə ya­zıl­mış su­fi­ya­nə bir əsər ol­du­ğu fik­ri­ni qə­bul et­mir, tu­tuş­dur­ma­lar apa­ra­raq, Ni­za­mi­nin əsər­lə­rin­də­ki tə­ri­qə­tə aid ter­min və ifa­də­lə­ri şai­rin öz fəl­sə­fi fi­kir­lə­ri­ni ifa­də et­mək üçün yal­nız ədə­bi pri­yom ol­du­ğu­nu gös­tə­rir. Mü­əl­li­fə gö­rə, Ni­za­mi xil­qət, in­sa­nın ya­ran­ma­sı, dün­ya­nın və­fa­sız­lı­ğı sər­löv­hə­si ilə ve­ri­lən mə­qa­lət­lə­ri nə­cib in­sa­ni si­fət­lə­ri təb­liğ et­mək və pis­lik­lər­dən uzaq­laş­ma­ğın müm­kün və zə­ru­ri ol­du­ğu­nu söy­lə­mək məq­sə­di ilə yaz­mış­dır [11, s.9]. Bu­nun­la be­lə, alim öz araş­dır­ma­la­rın­da şai­rin Gən­cə­də fəa­liy­yət gös­tə­rən əxi təş­ki­la­tı­na ya­xın ol­ma­sı­nı da təs­diq­lə­miş­dir.

Gör­kəm­li alim Ni­za­mi poe­zi­ya­sı­nın sə­nət­kar­lıq mə­sə­lə­lə­ri üzə­rin­də də da­yan­mış­dır. O, öz araş­dır­ma­la­rın­da Fir­dov­si – Ni­za­mi qəh­rə­man­la­rı pa­ra­lel­lə­rin­də mü­qa­yi­sə­lər apar­mış və be­lə nə­ti­cə­yə gəl­miş­dir ki, Ni­za­mi Fir­dov­si­dən fərq­li ola­raq bir sı­ra can­lı, də­rin psi­xo­lo­ji su­rət­lər ya­rat­mış, in­sa­nın mə­nə­vi tək­mil­ləş­mə pro­se­si­ni iz­lə­miş­dir. Şi­rin su­rə­ti­nin Dan­te­nin Be­at­ri­çe ob­ra­zı ilə mü­qa­yi­sə­si xü­su­si ma­raq do­ğu­rur. Ali­min mü­qa­yi­sə­li təh­li­lin­dən ay­dın olur ki, Dan­te­nin Be­at­ri­çe­si bə­zi xü­su­siy­yət­lə­ri ilə Şi­rin su­rə­ti­ni xa­tır­la­dır, o da öz sev­gi­li­si­nə doğ­ru yol gös­tə­ri­r, onu yük­səl­də­rək səa­də­tə çat­dı­rır. La­kin ali­min fik­rin­cə, mü­hüm bir fərq – Ni­za­mi qəh­rə­ma­nı­nı bir fərd ki­mi yük­səl­dir. “Ni­za­mi­nin Şi­ri­ni hə­yat qı­zı­dır, hə­qi­qət və mə­həb­bət rəm­zi­dir”, “Be­at­ri­çe isə ila­hiy­ya­tın, teo­lo­gi­ya­nın mü­cəs­sə­mə­si­dir”, – de­yən alim həm də be­lə qə­naə­tə gə­lir ki, Dan­te­nin “İla­hi ko­me­di­ya­”sın­da olan mis­ti­ka Ni­za­mi poe­ma­sın­da­kı də­rin hə­yat fəl­sə­fə­si­lə mü­qa­yi­sə edi­lə bil­məz [4, s.10].

H.Aras­lı Ni­za­mi­nin epik janr­da no­va­tor­lu­ğu mə­sə­lə­lə­ri­nə də diq­qət ye­tir­miş­dir. O, bu ori­ji­nal­lıq­la­rı gös­tər­mək üçün Ni­za­mi poe­ma­la­rı­nın sü­jet­lə­ri­ni “Də­də-Qor­qud” das­ta­nı­nın bə­zi sü­jet­lə­ri ilə bağ­la­yır. O, Ni­za­mi sü­jet­lə­ri­nin bit­kin­li­yi­nə, on­la­rın mü­kəm­məl iş­lən­di­yi­nə xü­su­si diq­qət ye­ti­rir. Ni­za­mi­nin ara­bir Fir­dov­si sü­jet­lə­rin­dən is­ti­fa­də et­mə­si­nə bax­ma­ya­raq, ye­ni, bit­kin, ma­raq­lı sü­jet qur­du­ğu­nu, əsər­lə­ri­nin can­lı kom­po­zi­si­ya ilə se­çil­di­yi­ni ya­zır. Ali­min araş­dır­ma­la­rın­dan be­lə mə­lum olur ki, Azər­bay­can ədə­biy­ya­tın­da ilk mən­zum ro­man mü­əl­li­fi olan Ni­za­mi o döv­rə qə­dər ya­yıl­mış olan sü­jet­lər­dən mə­ha­rət­lə fay­da­lan­mış­dır.

H.Aras­lı Ni­za­mi­nin epik poe­ma jan­rı qu­ru­lu­şun­da et­di­yi də­yi­şik­lik­lə­ri də qeyd et­miş­dir. Mə­lum­dur ki, XX əsr­də Av­ro­pa alim­lə­ri çox za­man bu mə­sə­lə­də yan­lış möv­qe tu­tur­du­lar. Be­lə ki, bə­zən Ni­za­mi­nin poe­zi­ya­ya gə­tir­di­yi ori­ji­nal­lıq in­kar olu­nur, onun qiy­mə­ti la­zı­mın­ca ve­ril­mir, fi­kir ay­rı­lıq­la­rı möv­cud idi. Mə­sə­lən, İ.Pit­si­yə gö­rə, “Ni­za­mi­də epos alın­mır. …Onun qəl­bi epik ol­maq­dan zi­ya­də li­rik ol­muş­dur”. Baş­qa bir in­gi­lis ali­mi Q.Auzli­yə gö­rə isə, “Ni­za­mi Şər­qin ən bö­yük epik şai­ri­dir” [12, s.19]. Gö­rün­dü­yü ki­mi, Av­ro­pa şərq­şü­nas­lı­ğın­da fi­kir ay­rı­lı­ğı özü­nü gös­tə­rir­di. Bun­dan əla­və, epik janr de­dik­də, gös­tə­ri­lən mər­hə­lə­də Ni­za­mi şei­ri ən çox Fir­dov­si poe­zi­ya­sı ilə mü­qa­yi­sə olu­nur­du.

Be­lə bir za­man­da Hə­mid Aras­lı Azər­bay­can şai­ri Ni­za­mi Gən­cə­vi və öz­bək şai­ri Əli­şir Nə­vai, elə­cə də Əmir Xos­rov Dəh­lə­vi, Mək­tə­bi, Ha­ti­fi, Fü­zu­li əsər­lə­ri­nin mü­qa­yi­sə­si fo­nun­da sil­si­lə araş­dır­ma­la­rı ilə dün­ya ni­za­mi­şü­nas­lı­ğı­na ye­ni töh­fə­lər ver­di. “Əli­şir Nə­vai” (“Ədə­biy­yat” qə­ze­ti, 30 yan­var, 1939, s.3–5), “Nə­vai və Azər­bay­can ədə­biy­ya­tı” (“Re­vol­yu­si­ya və kul­tu­ra” jur­na­lı,1940, №7, s.83–94), “Ni­za­mi və Nə­vai” (“Ədə­biy­yat”qə­ze­ti, 6 sent­yabr, 1940), “Şərq­də Ley­li və Məc­nun” əsər­lə­ri” (“Ni­za­mi” al­ma­na­xı, I ki­tab, Ba­kı, Azər­nəşr, 1940, s.194–237), “Şərq­də “Ley­li və Məc­nun” te­ma­sı (“Ni­za­mi” al­ma­na­xı, II ki­tab, Ba­kı, Azər­nəşr, 1940, s.86–105), “Yed­di gö­zəl” və “Yed­di cam” əsər­lə­ri­nin mü­qa­yi­sə­si (“Ni­za­mi” al­ma­na­xı, III ki­tab, Ba­kı, Azər­nəşr, 1941, s.70–90), “Ni­za­mi müa­qib­lə­rin­dən Əs­sar Təb­ri­zi” (“Ədə­biy­yat” qə­ze­ti, 1947, 12 mart), “Əli­şir Nə­vai ya­ra­dı­cı­lı­ğı” (Nə­vai-500), “İn­qi­lab və Mə­də­niy­yət”,1948, №5, s.50–63), “Fər­had və Şi­rin”, Mü­qəd­di­mə (Nə­vai Ə. “Fər­had və Şi­rin”, Ba­kı, Azər­nəşr, 1948, s.5–13) və sa­ir iş­lə­rin­də Hə­mid Aras­lı Ni­za­mi Gən­cə­vi­nin Şərq­də epik jan­rın in­ki­şa­fın­da oy­na­dı­ğı mü­hüm ro­lu gös­tər­mə­yə ça­lı­şır­dı.

Ni­za­mi və Nə­vai əsər­lə­ri­ni möv­zu və ide­ya, poe­tik mə­na və üs­lub ba­xı­mın­dan mü­qa­yi­sə edən H.Aras­lı 1940-cı il­də yaz­dı­ğı “Ni­za­mi və Nə­vai” mə­qa­lə­sin­də Nə­vai “Xəm­sə”sin­dən “Fər­had və Şi­rin” məs­nə­vi­si­ni mü­qa­yi­sə­li təh­lil edir, Nə­vai əsə­ri­nin öz sə­lə­fin­dən fərq­li xü­su­siy­yət­lə­ri­ni gös­tə­rir [13, s.3]. Ali­min qə­na­ət­lə­ri­nə əsa­sən, Ni­za­mi “Xəm­sə”si­nin tə­si­ri­lə, Nə­vai öz us­ta­dı­nın poe­tik fi­kir­lə­rin­dən il­ham­lan­mış, əsər­lə­rin­də­ki hu­ma­nist ide­ya­lar­la Ni­za­mi sə­nə­ti­nə çox ya­xın­laş­mış­dır.

Alim Ni­za­mi əsə­rin­də­ki baş qəh­rə­man Fər­ha­dın hə­ya­tı, ide­al ob­raz ki­mi təs­vi­ri, hər iki Fər­ha­dın xa­rak­ter fərq­lə­ri, ar­zu və ide­al­la­rı tu­tuş­du­ru­la­raq, iki bö­yük sə­nət­ka­rın poe­tik süz­gə­cin­dən ke­çi­ri­lən su­rət­lə­rin da­xi­li alə­mi, yük­sək mə­nə­vi key­fiy­yət­lə­ri təh­lil olu­nur.

Fər­ha­dın baş qəh­rə­man ki­mi ön plan­da ve­ril­mə­si, per­so­naj­la­rın yer­lə­ri­nin də­yi­şil­mə­si, ha­di­sə­lə­rin tam baş­qa axın­da in­ki­şa­fı, bü­tün bun­lar Nə­vai poe­ma­sı­nı Ni­za­mi əsə­rin­dən ayı­rır. H.Aras­lı həm də bu əsas fər­qi qeyd edir ki, Ni­za­mi əsə­rin­də bi­rin­ci plan­da olan Şi­ri­nin əhə­miy­yə­ti bu əsər­də son də­rə­cə azal­dı­lır, onun qəh­rə­man­lıq və şü­caə­ti bu­ra­da gös­tə­ril­mir [8, s.3]. Bu mə­sə­lə­ni mü­əl­lif ic­ti­mai si­ya­si ha­di­sə­lər­lə, qa­dı­nın əsa­rət al­tın­da ol­du­ğu XV əsr öz­bək mü­hi­ti ilə bağ­la­yır.

Ali­min qə­na­ət­lə­ri­nə əsa­sən, Ni­za­mi “Xəm­sə”si­nin tə­si­ri­lə Nə­vai öz us­ta­dı­nın poe­tik fi­kir­lə­rin­dən il­ham­lan­mış, əsər­lə­rin­də­ki hu­ma­nist ide­ya­lar­la Ni­za­mi sə­nə­ti­nə çox ya­xın­laş­mış­dır [8, s.4].

H.Aras­lı öz təd­qiq­lə­rin­də Ni­za­mi və Nə­vai əsər­lə­ri ilə ya­na­şı, ey­ni möv­zu­lar­da əsər­lər yaz­mış Əmir Xos­rov Dəh­lə­vi, Mək­tə­bi, Ca­mi və Ha­ti­fi­nin “Ley­li və Məc­nun” əsər­lə­ri­nin məz­mu­nu­na da diq­qət ye­ti­rir və mü­qa­yi­sə­lər apa­rır [14, s.11; 1, s.104].

Mə­sə­lə­nin bu şə­kil­də öy­rə­nil­mə­si, bü­töv­lük­də Ni­za­mi və Şərq ədə­biy­ya­tı­nın mü­na­si­bə­ti, da­hi sə­nət­ka­rın öz da­vam­çı­la­rı­na ide­ya, poe­tik fi­kir, üs­lub ba­xı­mın­dan gös­tər­di­yi çox­şa­xə­li tə­sir prob­lem­lə­ri­nin öy­rə­nil­mə­si­nə ge­niş pers­pek­tiv­lər aç­dı.

H.Aras­lı­nın Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğın­da xid­mət­lə­rin­dən bi­ri də Ni­za­mi Gən­cə­vi əsər­lə­ri­nin tər­cü­mə və nəş­ri sa­hə­sin­də ol­muş­dur. Bu sa­hə­də gö­rü­lən iş­lər­dən “Ni­za­mi. Li­ri­ka” (Sət­ri tər­cü­mə, tər­tib, mü­qəd­di­mə və şərh­lər. H.Aras­lı, Ba­kı, 1940) ki­ta­bı­nı gös­tə­rə bi­lə­rik.

1940-cı il­də ilk də­fə işıq üzü gö­rən bu “Li­ri­ka” ki­ta­bı son­ra­kı dövr­lər­də, əsas ba­za hə­min ilk tər­cü­mə­lər ol­maq­la, “Azər­nəşr” və “Gənc­lik” nəş­riy­ya­tları tə­rə­fin­dən bir ne­çə də­fə çap olun­muş­dur. Hə­mid Aras­lı­nın sət­ri tər­cü­mə­lə­ri və re­dak­tə­si əsa­sın­da ya­ra­nan bu ilk poe­tik tər­cü­mə­lər­də Ni­za­mi şei­ri­nin də­rin, la­kin sa­də və gö­zəl ifa­də olu­nan fəl­sə­fi mə­na­la­rı, sə­nət­kar­lı­ğı mü­əy­yən də­rə­cə­də ifa­də olu­nub xal­qa çat­dı­rıl­mış­dır. Bu ki­tab Ni­za­mi “Di­va­nı”nı bü­töv şə­kil­də əks et­dir­mə­sə də, gö­rül­müş iş son də­rə­cə əhə­miy­yət­li idi. Ki­ta­bın mü­qəd­di­mə­sin­də H.Aras­lı haq­lı ola­raq ya­zır: “Oks­ford, Ber­lin, Qa­hi­rə və Hin­dis­tan ki­tab­xa­na­la­rın­da “Ni­za­mi Di­va­nı” ad­la­nan əl­yaz­ma­la­r var­dır. La­kin bu vax­ta qə­dər bu əl­yaz­ma­la­r təd­qiq olu­nub çap edil­mə­di­yin­dən şai­rin qə­zəl­lə­ri elm alə­mi­nə bü­tün­lük­lə ta­nı­na bil­mə­miş­dir” [15, s.5]. Qeyd edək ki, Ni­za­mi “Li­ri­ka”sı­nın ilk poe­tik tər­cü­mə­çi­lə­ri – Ə.Va­hid, C.Xən­dan, M.Dil­ba­zi, N.Rə­fi­bəy­li və O.Sa­rı­vəl­li ki­mi gö­zəl şa­ir­lə­ri­miz ol­muş­lar.

Ni­za­mi­nin ilk “Li­ri­ka” ki­ta­bı­na qə­zəl­lər­dən əla­və, şai­rin qə­si­də­lə­rin­dən də nü­mu­nə­lər da­xil edil­miş­dir. Ni­za­mi Gən­cə­vi­nin fəl­sə­fi dün­ya­gö­rü­şü, ic­ti­mai-xəl­qi fi­kir­lə­ri, şəx­siy­yə­ti, sə­nət­kar­lı­ğı haq­qın­da oxu­cu­da ki­fa­yət qə­dər tə­səv­vür ya­ra­dan bu tər­cü­mə­lər in­di­yə­dək öz əhə­miy­yə­ti­ni sax­la­maq­da­dır.

H.Aras­lı­nın müs­təs­na xid­mət­lə­rin­dən bi­ri də 1943-1944-cü il­lər­də nəşr olun­muş ikicild­lik “Müx­tə­sər Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xi”nin 1-ci cil­din­də yer alan “Ni­za­mi Gən­cə­vi” oçer­ki­dir. Alim 1960-cı il­də nəşr olu­nan üçcild­lik “Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xi” ki­ta­bın­da Ni­za­mi Gən­cə­vi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­nı əha­tə edən bu oçer­ki da­ha da ge­niş­lən­dir­miş, Ni­za­mi Gən­cə­vi­nin tər­cü­me­yi-ha­lı və ədə­bi ir­si haq­qın­da mü­fəs­səl mə­lu­mat ver­miş­dir.

Alim öz araş­dır­ma­la­rı­nı Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­nın son­ra­kı mər­hə­lə­lə­rin­də də yo­rul­ma­dan da­vam et­dir­miş, əsər­lə­ri­ni Ba­kı­da və bir sı­ra xa­ri­ci öl­kə­lər­də nəşr et­dir­miş­dir. Ni­za­mi Gən­cə­vi. “Sir­lər xə­zi­nə­si” (mü­qəd­di­mə, Ba­kı, “Azər­nəşr”, 1953, s.5–9), Ni­za­mi Gən­cə­vi. Qə­zəl­lər (mü­qəd­di­mə, Ba­kı, “Azər­nəşr”, 1953, s.3–14), Ni­za­mi Gən­cə­vi. Poe­ma­lar­dan par­ça­lar (mü­qəd­di­mə, Ba­kı, “Uşaq­gənc­nəşr”, 1954, s.5–18), Ni­za­mi Gən­cə­vi. “Xos­rov və Şi­rin” (mü­qəd­di­mə, Ba­kı, Azə­bay­can SSR EA nəş­riy­ya­tı, 1962, s.3–18), “Ca­mi və Azər­bay­can ədə­biy­ya­tı” (Əb­dür­rəh­man Ca­mi­nin ana­dan ol­ma­sı­nın 550 il­li­yi mü­na­si­bə­ti­lə “Ədə­biy­yat və in­cə­sə­nət”, 1964, 12 de­kabr), Ni­za­mi poe­zi­ya gün­lə­ri qar­şı­sın­da. (“Ədə­biy­yat və in­cə­sə­nət”, 1979, 20 may), Ni­za­mi Gən­cə­vi. “Xos­rov və Şi­rin” (mü­qəd­di­mə, Ba­kı, “Elm”, 1981, s.5–23), Ni­za­mi və Şərq ədə­biy­ya­tı (Ni­za­mi Gən­cə­vi­nin ana­dan ol­ma­sı­nın 840 il­li­yi mü­na­si­bə­ti­lə Azər­bay­can EA Xə­bər­lə­ri, Ədə­biy­yat, dil və in­cə­sə­nət se­ri­ya­sı, 1981, №4, s.3–9), Öl­məz mə­həb­bət das­ta­nı. Ni­za­mi Gən­cə­vi. “Xos­rov və Şi­rin” (mü­qəd­di­mə, Ba­kı, “Ya­zı­çı”, 1982, s.5–17) və baş­qa iş­lə­rin­də öl­məz şai­rin hə­ya­tı, ya­ra­dı­cı­lı­ğı, sə­nə­ti­nin tə­sir dai­rə­si ət­ra­fın­da el­mi təd­qi­qat­lar apar­mış­dır.

Gör­kəm­li ali­min el­mi əsər­lə­ri dün­ya­nın bir çox öl­kə­lə­rin­də, o cüm­lə­dən Mosk­va, An­ka­ra, Ka­bil, Daş­kənd, Tif­lis, Bağ­dad­da və baş­qa şə­hər­lər­də də­fə­lər­lə nəşr olun­muş­dur.

H.Aras­lı­nın Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­na ver­di­yi qiy­mət­li töh­fə­lə­ri bir mə­qa­lə­də əha­tə et­mək müm­kün de­yil­dir. O, öm­rü­nün so­nu­na qə­dər öz amal­la­rı yo­lun­da, Ni­za­mi Gən­cə­vi­nin hə­ya­tı­nın, şəx­siy­yət və ya­ra­dı­cı­lı­ğı­nın mü­kəm­məl araş­dı­rıl­ma­sı uğ­run­da ça­lış­dı. XX əs­rin 80-ci il­lə­rin­də Tür­ki­yə ar­xiv­lə­rin­də şai­rin vəq­fi­nə da­ir xü­su­si mül­kiy­yə­ti təs­diq edən sə­nə­din ta­pıl­ma­sı ilə əla­qə­dar H.Aras­lı “Ni­za­mi vəq­fi haq­qın­da ye­ni sə­nəd” ad­lı mə­qa­lə­sin­də mə­lu­mat ve­rir, şai­rin hə­ya­tı haq­qın­da o döv­rə qə­dər möv­cud bir çox do­la­şıq­la­ra son qo­ya­raq ya­zır­dı: “Ni­za­mi öl­dük­dən son­ra qəb­ri zi­ya­rət­ga­ha çev­ril­miş, onun öz kən­di­nin gə­lir­lə­rin­dən baş­qa bi­zə mə­lum ol­ma­yan hökm­dar­lar və ya bi­va­ris ölən adam­lar tə­rə­fin­dən bu məq­bə­rə­yə vəqf­lər edil­miş­dir. XVI əsr­də bu məq­bə­rə çox gə­lir­li vəq­fi olan, gə­lib-ge­dən­lə­rə və yox­sul­la­ra hər gün ye­mək ve­rən, mü­dər­ris­lə­ri tə­min edən bir xey­riy­yə oca­ğı ol­muş­dur” [16].

Aka­de­mik Hə­mid Aras­lı əsl elm fə­dai­si, dün­ya­da ta­nı­nan nü­fuz­lu alim, öz doğ­ma xal­qı­nın ədə­biy­yat və mə­də­niy­yə­ti­nin tü­kən­məz bi­li­ci­si və təb­li­ğat­çı­sı idi. O, Azər­bay­ca­nın da­hi klas­sik­lə­ri­nin, o cüm­lə­dən Ni­za­mi Gən­cə­vi ir­si­nin dün­ya­da ta­nın­ma­sı­na yo­rul­maq bil­mə­dən bir ömür sərf et­miş­di. Türk ali­mi Hü­seyn Ayan onun Azər­bay­can ədə­biy­ya­tı­nın təd­qiq və təb­li­ğin­də ro­lu­nu yük­sək qiy­mət­lən­di­rə­rək be­lə yaz­mış­dır: “Eğil­di­ği il­mi mev­zu­lar­da var­dı­ğı ne­ti­ce­le­ri, “ken­di­ne sak­la­ma­yan” Ha­mid Aras­lı, mil­li ve mil­let­le­ra­ra­sı kong­re ve kon­fe­rans­la­ra gö­tü­rüp ilim ale­mi­ne sun­muş­tur” [17, s.39].

Türk dün­ya­sı­nın bö­yük us­tad ali­mi Hə­mid Aras­lı­nın ru­hu­na Al­lah­dan rəh­mət di­lə­yi­rik!

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az