sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək

Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək

Published 22/04/2021
Paylaş

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib.

Universitetin rektoru Erol Özvar bununla bağlı həmkarına məktub ünvanlayıb və onu rəhbərlik etdiyi ali təhsil ocağında dərslərə dəvət edib. Məktubda bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı universitetin təşkil etdiyi dərslər 28 aprel-28 may aralığında olacaq:

“Türk ədəbiyyatı tarixində “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı apardığınız tədqiqatlar hər iki ölkədə, o cümlədən, beynəlxalq elmi dairələrdə böyük şöhrət qazanıb. Sizi Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü kimi “Kitabi-Dədə Qorqud” düşüncəsinin öyrənilmə imkanları haqqında bir həftəlik ustad dərsləri verməyə dəvət edirik. Sizi Mərmərə Universitetində qarşılamağı arzu edirik. Dəvətimizi qəbul etsəniz, şəxsim və universitetimiz adına böyük qürur duyarıq”.

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?