sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Akademik Milli Dram Teatrında yeni premyera – “Yay günü”

04/10/2022 - 15:19
A A
Facebookda paylaş
Oktyabrın 6-da Akademik Milli Dram Teatrında “Yay günü” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Slavomir Mrojekin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində təqdim olunacaq.
Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistenti Nərmin Həsənovadır.
Tamaşada aktyorlar Ramin Şıxəliyev, Elsevər Rəhimov və Lalə Süleymanova iştirak edirlər.
Dünya şöhrətli polyak yazıçısı Slavomir Mrojek yaradıcılığa karikaturaçı və jurnalist kimi başlayıb. Sonra hekayələr və pyeslər yazıb.
1958-ci ildə Mrojek “Polis” adlı ilk komediyasını yazıb. 1964-cü ildə onun “Tanqo” pyesi nəşr olunur və müəllifə dünya şöhrəti gətirir.
1963-cü ildə yazıçı ölkədən mühacirət edib. 1996-cı ilədək ABŞ, İtaliya, Fransa, Almaniya və Meksikada yaşayıb. 1996-cı ildə vətəninə dönüb.
2002-ci ildə yazıçı insult keçirib. 2013-cü il avqustun 15-də vəfat edib.
sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az